SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda güclü zəlzələ baş verib, çox sayda ölən və xəsarət alanlar var - VİDEO

2021.10.20, 07:36
Şərqi Azərbaycanda güclü zəlzələ baş verib, çox sayda ölən və xəsarət alanlar var - VİDEO

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Əyalətində 5.9 bal gücündə zəlzələ baş verib, çox sayda ölən və xəsarət alanlar var.

 

Təbriz Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, zəlzələnin episentri Şərqi Azərbaycanın Tərk şəhərində olub.

 

Yerli kütləvi informasiya vasitələri təbii fəlakət nəticəsində Vərənkeş kəndində 5 nəfərin öldüyü, 30 evin dağıldığını yazıb. Təbii fəlakət nəticəsində 320 nəfərin də müxtəlif kənd və qəsəbələrdə bədən xəsarəti aldığı bildirilir.

 

2 kilometr dərinlikdə yerləşən zəlzələ Təbriz vaxtı ilə saat 2:17-də baş verib. ZəlzələTəbriz şəhərindən şərqdə 118 kilometr məsafədə qeydə alınıb. 

 

Ərdəbil rəsmilərinin verdiyi məlumata görə, zəlzələ bu əyalətdə hiss olunub, lakin bölgəyə ciddi ziyan dəyməyib. Təbii fəlakət nəticəsində ölən yoxdur, sadəcə bir neçə nəfər yüngül xəsarət alıb.

 

Miyana şəhərinin Kəndvan və Türkmənçay məntəqələrində yerləşən kəndlərdə bir çox evin təxrib olunduğu da qeyd olunur.

 

https://www.youtube.com/watch?v=ss7H1K3fsnE

 

“İrna” xəbər agentliyi təbii fəlakət bölgəsinə xilasedici qruplar və təcili tibbi yardım briqadalarının göndərildiyini qeyd edib.

 

Miyana Şəhər İcra Hakimiyyəti başçısının müavini bildirib ki, Miyana-Bostanabad yolunun keçdiyi dağın bir hissəsi zəlzələ nəticəsində çöküb.

 

Tərk şəhərində baş verən zəlzələ ən azı 7 qonşu əyalətdə hiss olunub.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Miyanada baş verən zəlzələ Azərbaycanın bir sıra rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib.

 

N.S 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar