SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayı 303 nəfərə çatıb

2021.10.20, 07:36
Şərqi Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayı 303 nəfərə çatıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın üç əyalətində açıqlanan  yeni rəqəmlərə görə, koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayının artdığı müşahidə olunur. 

 

 

Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi “Səhənd” Telekanalına verdiyi açıqlamada bu əyalətdə son 48 saat ərzində 253 nəfərdə koronavirus infeksiyasının aşkarlandığını bildirib. Beləliklə, bu günədək əyalətdə 3690 nəfərin koronavirusa yoluxduğu məlum olub. O, Şərqi Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayının 303 nəfərə çatdığı bildirilib.

  

 

 

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə isə infeksiyadan ölənlərin sayının 137 nəfərə çatdığını açıqlayıb. O Qərbi Azərbaycanda 1852 nəfərin bu virusa yoluxduğunu bildirib. 

 

 

 

Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, bu əyalətdə infeksiyaya yoluxanların sayı 875, xəstəlikdən ölənlərin sayı isə 89 nəfədir.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir.

 

 

Güney Azərbaycanın digər əyalətləri, o cümlədən, Ərdəbil, Qəzvin və Həmədanın səhiyyə xidmətinin məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.

 

 

Qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu qeyd edir. 

 

 

Ü.F 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar