SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı 4000 nəfəri ötüb

2021.10.20, 07:36
Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı 4000 nəfəri ötüb

Gunaz.tv

GünAz TV: İranın səhiyyə rəsmisinin açıqlamasına görə, Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 4073 nəfərə çatıb.

 

 

Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 320 nəfərə çatdığını bildirib. 

 

 

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə isə əyalətdə koronavirus infeksiyasına yoluxanların sayının 2024 nəfərə çatdığını açıqlayıb.

 

 

Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 81 nəfərdə infeksiya aşkarlanıb. O, Qərbi Azərbaycanda infeksiyadan ölənlərin sayının isə 149 nəfər olduğunu bildirib. 

 

 

Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 903 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 10 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 93 olub.  

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə isə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir. 

 

 

Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.

 

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar