Şərqi Azərbaycanda məktəb binaları tədrisə yararsızdır

2021-06-22 14:25

Şərqi Azərbaycanda məktəb binalarının əhəmiyyətli hissəsi tədrisə yararsızdır. Bu barədə Şərqi Azərbaycan əyalətinin Məktəblərin Texniki Təminat və Təmiri İdarəsinin Baş direktoru Peyam Sidqi məlumat verib.

Gunaz.tv Quote | Gunaz article

İran televiziyasının verdiyi məlumata görə, Peyam Sidqi əyalətdə 5500 məktəb binalarının30%-nın bərbad durumda olduğunu bildirib.

P.Sidqi hazırda yerli xeyriyyəçilərin 230 məktəb binası tikdirdiyini deyib. O, bu məktəblərin yeni təhsil ilinə kimi istifadəyə veriləcəyi təqdirdə əyalətdə istifadəyə yararsız məktəb binalarının faizində azalma olacağını, bu rəqəmin 30%-dən 20%-ə enəcəyini qeyd edib.

Marağa İcra Hakimiyyətinin başçısı Seyid Əli Musəvi Hüseyni bölgədə mövcud olan məktəb binalarının 37%-nin köhnə və dağınıq durumda olduğuna diqqət çəkib.

O, bildirib ki, hazırda ən azı 100 məktəb binasının yenidənqurmaya ehtiyacı var.

Musəvi Hüseyni bununla yanaşı mahalda 13 konteyner (kaneks) məktəbin fəaliyyət göstərdiyini bildirib.

O, yerli xeyriyyəçilərin bu problemin həllində maraqlı olduğunu bildirib və Şərqi Azərbaycan əyalətinin Məktəblərin Texniki Təminat və Təmiri İdarəsinin bu yöndə xeyriyyəçilərlə əməkdaşlıq etməsini istəyib.

İcra başçısı Marağada mövcud olan dağınıq məktəb binalarının ortalama faizinin ölkə ortalamasından 7% artıq olduğunu bildirərək, mahalda təhsil alan 53 min şagirdin 20%-dən çoxunun istifadəyə yararsız və bərbad durumda olan təhsil ocaqlarında dərs keçdiklərini qeyd edib.

Xatırladaq ki, son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının maddi-texniki problemləri bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən həll edilir.

C.E 

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

Marağada məktəb binaları çatışmır

"Yaranmış vəziyyətə görə utanıram"- Şərqi Azərbaycan valisi məktəb problemindən danışdı

Ərdəbildə təhsil problemi: Məktəb binalarının əksəriyyəti xeyriyyəçilərin hesabına tikilib

Şərqi Azərbaycanda məktəb binalarının 30 faizi istifadəyə yararsızdır
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda 3 ayda 7 mindən çox azyaşlı qız ərə verilib

2021-07-23

gun az article

“Peyğəmbəri söymək”də günahlandırılan iki azərbaycanlı edam ediləcək- Hökm təsdiq edildi

2021-07-23

gun az article

“Azərbaycan mədənləri talanır, ətraf mühit məhv edilir”- Tanınmış ekoloqdan həyəcan təbili

2021-07-23

gun az article

Soyuqbulaqda faciə: İki nəfər Qızılüzən çayında boğuldu

2021-07-23

gun az article

Təbrizli fəal həbs olunub

2021-07-23

gun az article

Təbriz və Urmuda gərginlik: Mitinq ərəfəsi mlli fəallara təzyiqlər başlandı

2021-07-23

gun az article

Güneyli fəal Əkbər Nəiminin həbsi ilə bağlı xəbərlər Türkiyə mediasında

2021-07-23

gun az article

Milli fəal Şahin Bərzgər həbs olunub

2021-07-23

gun az article

Milli fəal Rza Vasiqi məzuniyyətə buraxılıb

2021-07-23

gun az article

GünazTV July.22.2021-Sözümüz:Zülmə Qarşi Nə Etməliyik?

2021-07-22

gun az article

Qəzvində COVİD-19-a görə yüksək təhlükəli qırmızı vəziyyət elan olundu

2021-07-22

gun az article

Qərbi Azərbaycanda yağıntının miqdarı azalıb

2021-07-22

gun az article

Çaldıranda ağır yol qəzası baş verib- Ölənlər var

2021-07-22

gun az article

Qərbi Azərbaycanın Poldəşt bölgəsi içməli su qıtlığından əziyyət çəkir

2021-07-22

gun az article

Millət vəkilindən gizli su çəkilişi layihələrinə etiraz: "Xuzistanın 700 kənd və 25 şəhərində su çatışmazlığı ağlamalı durumdur"

2021-07-22

gun az article

Tikantəpənin qızıl mədənində qarşıdurma: Müəssisənin rəhbəri hadisə yerindən qaçdı

2021-07-22

gun az article

Təbriz Xuzistan etirazlarına dəstək verdi: Vərəqələr yayıldı, mitinqə çağırış edildi-FOTOLAR

2021-07-22

gun az article

GünazTV July.21.2021-Görüş: Ələhvaz'da son durum, Biz nə etməliyik?

2021-07-21

gun az article

Beynəlxalq Əfv Təşkilatı vicdan məhbusu Əlirza Fərşinin azadlığını tələb edir

2021-07-21

gun az article

Güneyli fəal Zeynəb Həmrəng məzuniyyətə buraxıldı

2021-07-21