SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda ötən il 14 mindən çox azyaşlı qız rəsmi nikaha girib

2021.10.20, 07:36
Şərqi Azərbaycanda ötən il 14 mindən çox azyaşlı qız rəsmi nikaha girib

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Əyalətində azyaşlı gəlinlərin sayı getdikcə artır.

 

Şərqi Azərbaycan Qeydiyyat Şöbəsinin rəisi Əhəd Codi ötən ildə (hicri-şəmsi təqvimi ilə 1396-cı il) qeydə alınan nikahların sayını açıqlarkən əyalətdə çox sayda azyaşlı qızın nikaha daxil olduğu məlum olub.

 

“Ötən il Şərqi Azərbaycanda 30 min 862 nikah qeydə alınıb. Nikahlardan 8-i 10 yaşdan kiçik qız uşaqları, 3 min 625-ı 10-14 yaş arası, 9 min 408-ı 15-19 yaş arası və 6 min 968-ı 20-24 yaş arasına aid olub”- deyə o bildirib.

 

Qeydiyyat Şöbəsinin rəisi həmçinin əyalətdə doğum və ölüm göstəricilərinə də işarə edib. Onun sözlərinə görə, Şərqi Azərbaycanda ötən il təbii artım 17.1 faiz, ölüm göstəricisi isə 5.6 faiz olub. Bu rəqəmlər İrandakı orta hesabla müqayisədə Şərqi Azərbaycanda doğum göstəricisinin aşağı, ölüm göstəricisinin isə yüksək olduğunu göstərir.

 

Əhəd Codi Şərqi Azərbaycanda nikah və boşanma hallarının da İrandakı orta hesabdan yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

 

Beynəlxalq Qanunlar və Uşaq Hüquqları Konvensiyasına əsasən 18 yaşından kiçiklər uşaq hesab olunur və onların ailə qurması qanuna ziddir. İran rejimi bu qanunu ayaq altına alaraq hər il onminlərlə erkən nikah qeydə alır. Təbii ki, azyaşlı qızların erkən nikaha məcbur edilməsi ailələrin mədəni durumu və iqtisadi vəziyyəti ilə də əlaqədardır. Araşdırmalar göstərir ki, erkən nikah faktlarına daha çox yoxsul ailələrdə rast gəlinir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar