Şərqi Azərbaycanda pandemiyanın 4-cü dalğası təhlükəsi var

2021-02-22 11:22

Şərqi Azərbaycan əyalətində COVİD-19 xəstəliyinin dördüncü dalğasının yaranma ehtimalı real görünür.

Gunaz.tv Quote | Gunaz article

İRNA xəbər agentliyinin yaydığı məlumata əsasən, əyalətin 4 şəhərində pandemiya ilə bağlı vəziyyətlə əlaqədar təhlükə səviyyəsinin narıncı rəngdə göstərilməsi ilə əyalətdə 4-cü dalğanın müşahidə olunması ehtimalı artıb.

 

İranda COVİD-19-a yoluxma hallarında təhlükə səviyyəsi qırmızı, narıncı, sarı, ağ və yaşıl rənglər kimi kateqoriyalara bölünür. Keçən ay bu kateqoriyalara mavi rəng də artırılıb. Təhlükə səviyyəsi sarı kimi göstərilən şəhərlərdə daha az məhdudiyyət tətbiq edilməsi üçün mavi rəng müəyyən edilib. Bu kateqoriyaya aid şəhərlərdə bütün iş yerləri elan edilmiş sağlamlıq protokollarına uyğun olaraq fəaliyyət göstərə bilər.


Mütəxəssislər bildirirlər ki, əhalinin 80 faizindən çoxu maskadan istifadə edib, sağlamlıq protokollarına riayət etsə də, COVİD-19 xəstəliyi ilə bağlı vəziyyətin normallaşmasını düşünmək hələ tezdir. Son həftələrdə əhali arasında xəstəliklə bağlı qorxuların azalması xəstəliyin yenidən yayıla bilməsi ilə bağlı narahatlıqların artmasına səbəb olub.


Şərqi Azərbaycan əyalətinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini əyalətin Əcəbşer, Tufarqan (Azərşəhr), Sarab və Culfa şəhərlərində təhlükə səviyyəsinin narıncı rəngdə olduğunu bildirib.

 

Şərqi Azərbaycan əyalətinin vəziyyəti pandemiyanın ilk iki ayından başqa sonrakı yeddi ay ərzində qırmızı səviyyədə olub. Əyalətdə COVİD-19 xəstəliyinə yoluxub xəstəxanalarda yatanların ümumi sayı 1800-ə çatmışdı və səhiyyə işçiləri əyalətdə xəstələrin əsas etibarilə yerləşdirildiyi Təbrizdəki İmam Rza Xəstəxanasında çarpayıların dolu olduğunu bildirmişdi.

 

Digər tərəfdən isə ictimai fəallar dövlətin pandemiyaya nəzarət edilməsi üçün yetərli tədbirləri almadığı barədə tənqidlər irəli sürürlər. Şərqi Azərbaycan əyalətində toy salonları və üzgüçülük hovuzları istisna olmaqla, kafelər və restoranların açıq olduğu bildirilir.

 

İranda yüksək inflyasiya, qida məhsullarının artan qiyməti və yerli valyutanın zəifləməsi nəticəsində əhalinin dolanışıq vəziyyəti pisləşib, digər tərəfdən isə pandemiya məhdudiyyətlərinin tətbiq edilməsi əlavə iqtisadi çətinliklərin yaranmasına səbəb olub.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV March.04.2021-Sözümüz: Mən Dilimlə Yaşaram, Qarabağ Savaşından Sonra İranın Tutumu

2021-03-05

gun az article

GünazTV March.04.2021- Düşünməyə Çağırı: Millət Qurucuları

2021-03-05

gun az article

Türkiyə Prezidenti: “Qarabağda təhlükəsizliyin bərpasına yardım etməliyik”

2021-03-04

gun az article

İran mətbuatında türklərə qarşı təhqirlərə cavab olaraq “Firdovsi”nin adı küçə lövhələrindən silinib

2021-03-04

gun az article

Həmədan əyalətində narkomaniya və oğurluq artıb

2021-03-04

gun az article

Son 24 saatda Qəzvində 125 nəfər koronovirusa yoluxub

2021-03-04

gun az article

Təbrizli jurnalist məsulların qanunsuz bizneslərini ifşa etdiyinə görə mühakimə olunacaq

2021-03-04

gun az article

Zənganda antik əşya qaçaqçılarından 3 min illik antik əşyalar götürülüb

2021-03-04

gun az article

GünazTV March.03.2021-Görüş: İrançılıq qarşısında qeyri-fars millətlərin birliyi, Azərbaycan-İsrail dostluğu.

2021-03-04

gun az article

Təbrizdə divar yazıları ilə milli fəala dəstək veriblər

2021-03-03

gun az article

Təbrizdə güllələnən qadın həyatını itirib

2021-03-03

gun az article

İşgəncə nəticəsində xəstəxanaya yerləşdirilən mədəni fəalın durumu haqqında qardaşı açıqlama verib

2021-03-03

gun az article

GünazTV March.02.2021-Özümüz: Şu'ubiyyə

2021-03-03

gun az article

GünazTV March.02.2021 -GÜNDƏM MASASI: İranda toplumsal ümidsizliyin səbəbləri

2021-03-03

gun az article

Saman Bidar həbs edilib

2021-03-02

gun az article

Aydın Zakiri və Siyamək Seyfi Xiyav İnqilab Məhkəməsinə çağrılıblar

2021-03-02

gun az article

Qərbi azərbaycanda koronovirusa yoluxanların sayı 114 min nəfərə yaxınlaşıb

2021-03-02

gun az article

Qərbi Azərbaycan əyalətində 6 ayda 2 ton 402 kiloqram narkotik maddə aşkar edilib

2021-03-02

gun az article

Qəzvinin tarixi “Mominan” evi acınacaqlı durumdadır

2021-03-02

gun az article

Həmdan əyalətində “Britaniya” virusu xəbərdarlığı

2021-03-02