SON XƏBƏRLƏR

“Şərqi Azərbaycanda su qıtlığı böhran vəziyyətinə çatıb”

2021.10.20, 07:36
“Şərqi Azərbaycanda su qıtlığı böhran vəziyyətinə çatıb”

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Əyalətinin Məntəqə Su Şirkətinin rəsmisi əyalətdə su qıtlığının böhran vəziyyətinə çatdığını bildirib.

 

Bu barədə Muctaba Cəlilzadə Binab su mənbələrini mühafizə edən şuranın keçirdiyi iclasda danışıb.

 

“Binabda ötən iki illə müqayisədə yağıntılar 46 faiz azalıb, havanın temperaturu isə 6.1 faiz artıb. Bu təbii ki, buxarlanma, tərləmə və su istehlakının artmasına səbəb olub. Artıq yağıntıların azaldığından bəndləri doldura bilmirik. Bəndlərə daxil olan su ancaq istehlak üçün istifadə olunur. Ona görə də, içməli su üçün lazım olan miqdarda su olsa da, kənd təsərrüfatı sahəsində su problemi yaşayırıq”- deyə o bildirib.

 

Məntəqə Su Şirkətinin sudan istifadə və onun mühafizəsi  işləri üzrə müavini, su böhranının bölgənin kənd təsərrüfatına vurduğu ziyanı xüsusi olaraq diqqətə çatdırıb. “Su qıtlığından payız əkinlərini məhdudlaşdırdıq. Yağıntıların azalması davam edərsə, biz yaz əkinlərini də məhdudlaşdırmalı olacayıq. Bu, su qıtlığından daha çox ziyan görməmək üçün lazımdır”- deyə M.Cəlilzadə vurğulayıb.

 

Qeyd edək ki, Güney Azərbaycan və ətraf məntəqələrdə quraqlıq dövrü adətən 5-7 il arası olur. Bölgədə son illərdə bir neçə dəfə quraqlıq dövrü yaşanıb. İran rejiminin ən həyati məsələyə laqeyd yanaşması problemi daha da dərinləşdirib. Artıq Güney Azərbaycan ərazisində əkinçilik və hevandarlıq sahəsi ciddi təhlükə ilə üz-üzə qalıb, hətta bəzi məntəqələrdə içməli su problemi də mövcuddur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar