SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yenidən zəlzələ olub

2021.10.20, 07:36
Şərqi Azərbaycanda yenidən zəlzələ olub

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Əyalətinin Sərab şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

 

Bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat verib.

 

Zəlzələ Təbriz vaxtı ilə saat 04:08-də Sərab şəhərinin 21 kilometrliyi, Türkmənçay şəhərinin 23 kilometrliyi və Miyananın Tərk şəhərinin 26 kilometrliyində qeydə alınıb.

 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

 

Qeyd edək ki, 8 noyabrda Şərqi Azərbaycan Əyalətinin  Miyana məntəqəsinin Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də təxminən 6 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində Miyana və Sarab məntəqələrində bir çox kənddə evlər dağılıb. Çox sayda ölən və xəsarət alanlar var. Lakin deyilənlərə görə, hökumət təbii fəlakətdə ölənlərin sayını gizlədir. Hazırda zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür, soyuq hava şəraiti vəziyəti daha da ağırlaşdırıb. Bölgədə ərzaq məhsulları, qızınmaq vasitələri, tibbi ləvazimat və digər yardımlara təcili ehtiyac var. Dövlətin etdiyi yardım olduqca yetərsizdir, insanların zəruri ehtiyaclarını ödəmir. Zəlzələ bölgəsinə ən çox yardım göstərən yenə də Güney Azərbaycan əhalisidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar