Şərqi Azərbaycanın 5 şəhəri UNESCO-nun "yaradıcı şəhərlər siyahısı"na təqdim olundu

2021-04-28 13:35

Bu barədə Şərqi Azərbaycanın Mədəniyyət və İslami Maarif Təşkilatının başçısı Seyid Qasım Nazimi məlumat verib.

Gunaz.tv Quote | Gunaz article

Seyid Qasım Nazimi əyalətin beş şəhərinin mədəniyyət və incəsənət üzrə yaradıcı şəhərlər siyahısına salınmaq üçün təqdim edildiyini, daha iki şəhərin isə bu təqdimat siyahısına salınmağa layiq olduğunu bildirib.

O, onlayn formada keçirilən təqdimat mərasiminin birinci mərhələsində musiqi sahəsində Miyana, ədəbiyyat sahəsində Təbriz və Şəbistər, teatr sahəsində Əhər və əl işləri sənətləri sahəsində Küzəkunan şəhərinin yaradıcı şəhərlər kimi seçildiyini deyib.

S.Q.Nazimi eyni halda Culfa və Üskü şəhərlərinində çap və qablaşdırma sahəsində yaradıcı şəhərlər şəbəkəsinə qoşulmağa layiq olduqlarını qeyd edib.

Yaradıcı Şəhərlər Şəbəkəsi uzun illərdir beynəlxalq ictimaiyyətin gündəmindədir və 21-ci əsrin əvvəllərindən UNESCO bir sıra şəhərləri hər il yaradıcı şəhərlər olaraq təyin edir.

Naziminin bildirdiyinə görə, İranın bütün bölgələrindən ümumilikdə 357 şəhər mədəniyyət və incəsənət üzrə yaradıcı şəhərlər şəbəkəsində iştirak etmək üçün müraciət edib. Onların arasında 142 şəhərin ilkin qiymətləndirməsindən sonra 60 şəhərin yaradıcı şəhərlər şəbəkəsinə qoşulmaları təsdiq edilib.

Qeyd edək ki, bu layihə müxtəlif bölgələrdə olan şəhərlərin mədəniyyət və incəsənət sahəsindəki qabiliyyət və xüsusiyyətlərini tanımaq, gələcəkdə onların arasında ortaq əməkdaşlıq və planların həyata keçirilməsini dəyərləndirmək üçün həyata keçirilir.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23