Şərqi Azərbaycanın Mədəni İrsi Təşkilatının Baş direktorunun müavini dörd karvansarayın “Mədəni İrs Nazirliyi”nin bu il YUNESKO-ya təqdim edəcəyi son siyahısına salındığını eyib.
Gunaz.tv
Əlirza Qoçi bu gün “İRNA” xəbər agentliyinə verdiyi açıqlamada bu karvansarayların Əhərin “Göycəbel”, Mərəndin “Yam”, Culfanın “Xoca Nəsir” və Miyananın “Camalabad” karvansarayları olduğunu bildirib.
Onun sözlərinə görə, adı çəkilən karvansarayların layihələri uzun müddət öncədən əyalətin və ölkənin mədəni irs mütəxəssisləri və arxeoloqları tərəfindən hazırlanmış və tərtib edilmişdir.
Qoçi, bu il İran tərəfindən YUNESKO-ya təqdim ediləcək tarixi abidə və karvansarayların sayının 60 olduğunu, bu saydan dördünün Şərqi Azərbaycanın payına düşdüyünü söyləyib.
“Yam” karvansarayı Mərənd şəhərinin yaxınlığında yerləşir. Elxanlılar dövrünə ayid olan karvansaray yenidən qurulub təmir edildikdən sonra hal-hazırda hotel kimi fəaliyyət göstərir.
Əhərin “Göycə Bel” karvansarayı Səfəvi dövrünə, Culfanın “Xoca Nəsir” karvansarayı isə Şah Abbas Səfəvi dövrünə aiddir.
C.E