SON XƏBƏRLƏR

Şərqi Azərbaycanın ətraf mühit qurumları Əndəriyan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi ilə bağlı məhkəmə sisteminin rəisinə müraciət edib

2021.10.20, 07:36
Şərqi Azərbaycanın ətraf mühit qurumları Əndəriyan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi ilə bağlı məhkəmə sisteminin rəisinə müraciət edib

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycanın bir qrup ətraf mühit qurumu İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq Əndəriyan qızıl mədəninin ətraf mühitə ziyan vurduğunu bildirib və məhkəmənin bu məsələyə müdaxilə etməsini tələb ediblər.

 

Məktubda, indiki və gələcək nəsillər üçün ətraf mühitin qorunmasına ehtiyac olduğunu vurğulayan ətraf mühit fəalları Əndəriyan mədənində qızıl hasilatı üçün “sianid” zəhərli birləşmələrdən istifadə olunması ilə bağlı xəbərdarlıq ediblər.

 

Məktubda həmçinin təhlükəli zəhərli maddənin Qaradağ meşələri, eləcədə məntəqənin torpaq və sularına nüfuz etməsindən nigaranlıq ifadə olunub. Bildirilib ki, bu hadisə ilə bağlı cari ildə bir neçə dəfə səlahiyyətli orqanlara müraciət olunub, lakin problemi aradan qaldırmaq üçün hər hansı addım atılmayıb.

 

Ətraf mühit fəalları vurğulayıb ki, Əndəriyan qızıl mədəninin fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi məsələsi son vaxtlar müxtəlif mətbuat orqanlarında da işıqlandırılıb. Bu barədə Aydın Təbrizi tərəfindən “Nəsr” xəbər agentliyində sənədli film də yayılıb. Bütün bunlar problemin nə qədər nigaranedici olduğunu sübut edir.

 

Məktubu imzalan ətraf mühit tərəfdarları sonda İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisidən bu məsələyə diqqət ayırmasını tələb ediblər.

 

Qeyd edək ki, mütəxəssislərin fikrinə görə, Vərziğan məntəqəsində yerləşən Əndəriyan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Bu üsulla mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf ərazilərin hava, su və torpağı təhlükəli maddə ilə çirklənmiş olur.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar