Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11 13:30

Şərqi Azərbaycanın sərhəd boyu tarixi abidələrini sərhəd qoşunları mühafizə edəcək.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatlarının Baş direktoru Əhməd Həmzəzadə  məlumat yayıb. 

Bu gün mayın 11-də Sərhəd Qoşunlarının əməliyyat işləri üzrə müavini ilə görüşündə Şərqi Azərbaycanın tarixi abidələrinin və görməli yerlərinin çox olduğunu vurğulayan Əhməd Həmzəzadə deyib ki, bu üzdən  Azərbaycan Respublikası ilə sərhəd bölgələrdəki abidələrin və turistik yerlərin qorunması sərhəd qoşunlarının öhdəsinə verilib.

O, bu istiqamətdə sərhəd qoşunları ilə razılığa gəlindiyini və tarixi abidələrin, turistik yerlərin və turistlərin təhlükəsizliyinin təmin olunması üçün bu addımın atıldığını qeyd edib.

Xudafərin və Culfa mahallarında yerləşən tarixi abidə və səfalı guşələrin daim turistlərin diqqət mərkəzində olduğunu bildirən Həmzəzadə burada infrastrukturun qurulması və qonaqların təhlükəziliyinin təmin edilməsi üçün ciddi addımların atılmaqda olduğunu söyləyib.

Qeyd edək ki, Təbriz şəhərinin 132 kilometr şimal qərbində yerləşən Culfa bir çox tarixi və təbii əsərlərlə, o cümlədən "Xaraba Kilsə", "Xoca Nəzər karvansarayı", "Ziyaul Mülk Körpüsü", "Duzduzal qülləsi" ilə məşhurdur. "Sent Stepanos Kilsəsi" də burada yerləşir.

Təbrizin 210 kilometr şimal şərqində yerləşən Xudafərin mahalı isə altı bucaqlı "Qarlıca qülləsi", "Aynalı sarayı", "Vinəq kantoru" və bir çox başqa tarixi körpü və abidələrlə tanınır.

Qeyd edək ki, Culfanın 17 kilometr qərbində, Arazdan 3 kilometr aralıda yerləşən "Sent Stepanos" kilsəsi İranda yaşayan ermənilərin ən çox ziyarət etdikləri ikinci məbəddir.

Aprelin 27-də Araz Azad Ticarət Məntəqəsi Təşkilatının texniki və infrastruktur məsələləri üzrə nümayəndəsi Seyid Mürtəza Hüseyni Araz Sahil bulvarında Sent Stepanos kilisasına 25 kilometr uzunluğunda yeni yolun çəkilişinin bitmək üzrə olduğunu demişdi.

Bu abidə və "Qara kilsə"yə ermənilər iddia edir. Hər il buraya dünyanın müxtəlif ölkələrindən çox sayda erməni gəlir və dini mərasimlər icra edirlər.

Bu günə kimi burada turistlərin həyatına təhlükə ilə bağlı heç bir məlumat yayılmayıb.

 
C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23