GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Xersonda yüzlərlə insan itkin düşüb
İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir
“Körpü” verilişində müzakirə: “İranda qadınların son vəziyyəti” və “İranda tutuqlanan Azərbaycan vətəndaşları” -VİDEO
Bu ölkə Moskvadakı səfirliyini bağlayır
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
İran iki yeni AES-in tikintisinə başlayıb
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
"Qacarın yaratdığı fürsəti qaçırdıq"-İranlı sosioloq
İranda daha iki məhbus edam edildi
Türkiyə Kosovadakı NATO ordusuna rəhbərlik edəcək
GünAz TV: Noyabrın 8-də Şərqi Azərbaycanda baş verən zəlzələ bölgəsində təbii fəlakətdən zərərçəkənlər olduqca ağır vəziyyətdə yaşayır.
Hadisədən sonra soyuq hava şəraitinin hökm sürdüyü təbii fəlakət bölgəsində qar yağdıqdan sonra vəziyyət daha da ağırlaşıb.
Şərqi Azərbaycanın Miyana, Sarab və Türkmənçay məntəqələrində yerləşən kəndlərdə təxminən bütün evlər dağılıb. Bölgə əhalisi hazırda çadırlarda gecələyir. Yetəri qədər qızınmaq vasitələri olmadığından çadırlarda çox sayda insan, o cümlədən uşaqların xəstələndiyi bildirilir.
Noyabrın 18-də Sarab və Miyana məntəqəsinə güclü qar yağmağa başlayıb, bəzi kəndlərdə hələ də qar yağıntısı davam edir.
Zəlzələdən zərərçəkənlərin əksəriyyəti kənd əhalisi olduğundan onların əsas işi heyvandarlıqdan ibarət olub. Çox sayda ailənin dolanışığını təmin edən mal-qara soyuq hava şəraitindən tələf olur, onları soyuqdan qorumaq üçün heç bir şərait yoxdur.
Xatırladaq ki, noyabrın 8-də Şərqi Azərbaycan Əyalətinin Miyana məntəqəsinin Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də təxminən 6 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində Miyana və Sarab məntəqələrində yerləşən kəndlərdə minlərlə ev dağılıb, çox sayda insan ölüb və ya müxtəlif dərəcəli xəsarət alıb. Deyilənlərə görə, hökumət təbii fəlakətdə ölənlərin sayını gizlədir. Hazırda zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür, soyuq hava şəraiti vəziyyəti daha da ağırlaşdırıb. Bölgədə ərzaq məhsulları, qızınmaq vasitələri, tibbi ləvazimat və digər yardımlara ehtiyac olduğu bildirilir.
Zəlzələ bölgəsindəki son vəziyyəti əks etdirən video:
https://www.youtube.com/watch?time_continue=26&v=33sM-1thlqw&feature=emb_logo
N.S
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
Oğluna Huntay adı qoymuş culfalı ana 5 ildir sənəd ala bilmir
Urmu sərhəd alayının zabiti öldürüldü
"Amerika ilə İran arasında hər hansı razılaşma yoxdur"-Con Kirbi
İsfahanın tarixi məscidləri çatlayır
ABŞ Ukraynaya 2 milayrdlıq silah verəcək
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə telefonla danışıb
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib
Güneyli fəal elektron qandalla sərbəst buraxıldı
İran prezidenti Təbrizə səfər edib
“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq
“Azərbaycan güneydəki soydaşlarımıza praktiki dəstəyi reallaşdıra bilər”-Politoloq
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir
“Parlaq gələcək”: “Azərbaycan-İraq əlaqələri necə olacaq” və “İran rejiminin Güney Azərbaycana hərtərəfli düşmənçiliyi” - VİDEO
“Dəyirmi masa”da müzakirə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir”- VİDEO
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
“Sözümüz” verilişində müzakirə: “İran rejiminin Güney Azərbaycana qarşı basqıları”-VİDEO
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır
İran prezidenti Təbrizə səfər edib