SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı 19 iranlı balıqçını azad edib

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı 19 iranlı balıqçını azad edib

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bu ölkədə məhkumluq həyatı yaşayan 19 buşehrli balıqçının azad edildiyi barədə məlumat yayıb.

 

Faktı İran XİN də təsdiqləyib və bildirib ki, azad olunan şəxslər dünən səhər ölkəyə geri dönüblər.

 

Hamısı buşehrli olan həmin şəxslər ötən il balıq tutarkən Səudiyyə Ərəbistanının Sahil Qüvvələri tərəfindən bu ölkəyə məxsus sularda saxlanmışdılar.

 

İran XİN-in yaydığı məlumatda bildirilir ki, Ərəbistan balıqçılara məxsus 2 gəmini də geri qaytarıb və 19 nəfərin hamısı öz yaşadıqları şəhərə qayıdıblar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar