SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı Çinə neft ixracı sahəsində İranı əvəz edir

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı Çinə neft ixracı sahəsində İranı əvəz edir

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanının Çinə neft ixracı ötən il 47% çoxalıb.

 

Bu barədə məlumatı Reuters agentliyi gömrük məlumatları və statistikalarına əsasən hazırlayıb.

 

İranın Çinə ixracatı isə böyük həcmdə azalıb. Belə ki, 2019-cu il ərzində İran Çinə təxminən 15 milyon barel neft satıb. Bu isə 2018-ci illə müqayisədə yarıya qədər azalmanın olduğunu göstərir.

 

Reuters qeyd edir ki, Səudiyyə Ərəbistanının Dövlət Neft Şirkəti- Aramko yeni strategiyası çərçivəsində Çinin iki böyük özəl neft emalı zavodu ilə müqavilə imzalayıb. Həmin müqavilələr 2018-ci ilin sonlarında qüvvəyə minib. Bundan öncə rəsmi Ər-Riyad yalnız Çinin dövlət neft ayırma zavodları ilə əməkdaşlıq edirdi.

 

Bununla da, Çinin Səudiyyədən idxal etdiyi neftin həcmi 2019-cu ildə 83.3 milyon ton, digər sözlə desək, günlük 1.67 milyon barelə yüksəlib.

 

Rusiya isə ötən il ərzində Çinə ümumilikdə 77.6 milyon ton, digər ifadə ilə, günlük 1.55 milyon barel qara qızıl satıb. Bu isə 2018-ci illə müqayisədə 9% artımın olduğunu nümayiş etdirir.

 

Reuters qeyd edir ki, sanksiyalara baxmayaraq, rəsmi Pekin 2019-cu ildə Tehrandan məhdud həcmdə də olsa, neft alışını davam etdirib.

 

Xatırladaq ki, ABŞ-ın 2018-ci ilin noyabr ayının 5-də İranın neft və qaz sektoruna tətbiq etdiyi sanksiyalardan sonra rəsmi Tehran qara qızıl satışında böyük problemlərlə üzləşib. Bir çox mənbələrin məlumatlarına görə, hazırda İranın Çinə neft sata bilmir, nefti yalnız bu ölkənin çənlərində depolamaq üçün Çinə göndərir.

 

Gömrük məlumatları 2019-cu ilin dekabr ayında İrandan Çinə 405 min barel neft göndərildiyini göstərir. Bu rəqəm bütün il boyu isə 14.77 milyon təşkil edib.

 

Digər statistikalara görə isə, İranın Çinə ixrac etdiyi neft və qeyri-neft məhsullarının həcmi ötən ilin sentyabr ayında 823 milyon dollar olub. Bu isə 2018-ci ilin oxşar dövrü ilə müqayisədə rəqəmin yarıya endiyindən xəbər verir.

 

Neft İxrac Edən Ölkələr Birliyi- Opekin ötən ilin yanvar ayında yaydığı statistikada isə İranın neft hasilatının 2017-ci il istehsalının orta nisbəti ilə müqayisədə yarıya qədər endiyi deyilirdi.

 

2019-cu ilin yay aylarında yayılan statistikalarda İranın gündəlik yalnız 120 min bareldən az bir miqdarda neft ixrac edə bildiyi barədə məlumatlar var idi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar