SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı İranda istehsal edildiyi ehtimal edilən PUA vurub

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı İranda istehsal edildiyi ehtimal edilən PUA vurub

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri bu ölkənin hava sərhədlərini pozan pilotsuz uçan aparat vurduğu barədə məlumat yayıb.

 

Səudiyyə Ərəbistanı bu PUA-nın Yəmən husiləri tərəfindən sivil əhalini hədəfə almaq üçün havaya qaldırıldığını bildirir. Ərəbistanın məsələ ilə bağlı yaydığı məlumatda PUA-nın vurulandan sonra yerə düşməsi nəticəsində bir neçə sivil əhali yaralandığı da qeyd edilir.

 

Ərəb koalisiyasının sözçüsü isə bildirib ki, vurulan PUA-nın qalıqları İran istehsalı olan pilotsuz uçan aparatlar ilə oxşardır və güman ki, o, İran tərəfindən husilərə verilib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, eləcə də Qərb ölkələri İranın husilərə hərbi və maddi yardım göstərdiyini bildirirlər. Bununla əlaqəli Amerika Birləşmiş Ştatları dəfələrlə BMT-yə maddi sübutlar təqdim edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar