SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı ölkədə Amerika hərbi kontingentini yerləşdirməyə hazırdır

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı ölkədə Amerika hərbi kontingentini yerləşdirməyə hazırdır

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud regionda təhlükəsizliyi təmin etmək məqsədi ilə ölkədə Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi kontingentinin yerləşdirilməsinə hazırdır.

 

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının "SPA" agentliyinin məlumatında deyilir.

 

Məlumatda bildirilir: "Amerika qüvvələrinin krallığın ərazisində yerləşdirilməsi regionda təhlükəsizliyin və sabitliyin, eləcə də sülhün təminatında birgə əməkdaşlığın səviyyəsinin artırılması üçündür".

 

Xatırladaq ki, ABŞ öz hərbçilərini Səudiyyə Ərəbistanından 2003-cü ildə çıxarıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar