SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı və BƏƏ İranın Yəməndəki planları ilə mübarizəni davam etdirəcəklər

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı və BƏƏ İranın Yəməndəki planları ilə mübarizəni davam etdirəcəklər

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri birgə yaydıqları bəyanatda İranın Yəməndəki planları ilə mübarizəni davam etdirəcəklərini vurğulayıblar.

 

Bəyanatda rəsmi Riyad və Əbu Dabinin Yəmən dövləti ilə “Cənub Keçid Şurası”nın dialoq və atəşkəsə əməl etmək çağırışlarına müsbət yanaşması təqdir edilir, eləcə də münaqişə tərəfləri ixtilafların aradan qaldırılması üçün konstruktiv danışıqlar aparmağa çağırılır.

 

Qeyd etmək lazımdır ki, İranın dəstəklədiyi husi yaraqlıları 2014-cü ildə Yəmənin bir hissəsini işğal etmişdilər. Buna görə də, 2015-ci ildə husilərlə mübarizə istiqamətində Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyası təşkil edilib.

 

İranın husilərə silah və maddi yardım göstərməsilə bağlı Qərb ölkələri dəfələrlə Birləşmiş Millətlər Təşkilatına sübutlar təqdim ediblər. Yaraqlıların Səudiyyə Ərəbistanına atdığı bir neçə raketin qalıqları üzərində aparılmış tədqiqatlar onların İran istehsalı olan raketlərlə eyniyyət təşkil etdiyini göstərib.

 

Yəmən müharibəsini dünyanın ən ciddi humanitar böhranı adlandıran BMT bir neçə aydır ki, münqişənin dayandırılması üçün təlaşlar göstərir. Lakin hələ ki, bütün cəhdlər nəticəsiz qalıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar