SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında qadınlar doğuş yolunu özləri seçəcək

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanında qadınlar doğuş yolunu özləri seçəcək

Gunaz.tv

GünAz Tv: Səudiyyə Ərəbistanında qadınlar rəsmi olaraq, kişi cinsindən olan qəyyumlardan - ata, qardaş və ya həyat yoldaşından uşağın dünyaya gətirilməsi ilə bağlı məsələlərdə məsləhət almayacaq.

 

Oxu.Az “The National” nəşrinə istinadən xəbər verir ki, səudiyyəli qadınlar doğuşun təbii, yoxsa qeysəriyyə yolu ilə aparılacağını özləri seçəcəklər.

 

Bundan başqa, qadınlar qəyyumlarının imzası olmadan həkimlərdən hamiləliyin gedişatını və uşağın dünyaya gəlmə vaxtını, eləcə də, doğuş zamanı yaxın qohumunun onun yanında olub-olmamasını müəyyən edəcəklər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar