Səudiyyə Kralı İrana qarşı daha kəskin tədbirlərin görülməsini istəyib

2020-09-24 13:49

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud İranla bağlı son həll yolunun əldə edilməsini və Tehran rejiminin əlaltısı olan Livan "Hizbullah"ının tərki-silah edilməsini istəyib.

Gunaz.tv Quote | Gunaz article

O, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində dünən video konfrans formatında etdiyi ilk çıxışında səsləndirib. 


Səudiyyə Kralı Amerika Birləşmiş Ştatlarının İsrail ilə Fələstin arasında sülh danışıqları başlatması üçün göstərdiyi təlaşları da təqdir edib. 


Onun sözlərinə görə, İran rejimi 2015-ci ildə imzalanmış nüvə razılaşmasının müddəalarını pozmaqla, ekspansionist (touseetəlabane) siyasətlərini gücləndirmək, terror şəbəkələri yaratmaq və terrorizmdən bəhrələnməyi hədəfləyib. 


Kral İranın atdığı addımların indiyədək regionda çaxnaşma, radikalizm, dini düşmənçilik və məzhəb müharibələrindən başqa heç bir nəticə vermədiyini vurğulayıb. 


Salman bin Əbdüləziz, həmçinin Baş Assambleyanın 193 üzv ölkəsinə xitabən son həll variantının əldə edilməsi və dünya güclərinin İranla bağlı qəti mövqe sərgiləməsini Tehran rejimi ilə mübarizədə iki zəruri məsələ adlandırıb. 


"Tehran rejimi ilə təcrübəmiz bizə kiçik həll yollarının və tolerantlığın İranın beynəlxalq sülh və təhlükəsizliyə yönəlmiş təhdidlərinin qarşısını almadığını öyrədib", - deyə Səudiyyə Kralı fikrini tamamlayıb.


Digər tərəfdən, İranın BMT yanındakı daimi nümayəndəsi Məcid Təxt Rəvançi və Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Kral Salman bin Əbdüləzizin çıxışına kəskin reaksiya veriblər. Onlar Kralı İranla bağlı "əsassız fikirlər" səsləndirməkdə ittiham etməklə, Səudiyyə Ərəbistanını "mənfur mövcudiyyət" adlandırıblar. 


Ə.A


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub

2020-10-30

gun az article

Ermənistanın sentyabrın 27-dən törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 91 mülki şəxsi həlak olub, 400-ü yaralanıb

2020-10-30

gun az article

İran rəsmisi: “Hər iki ölkəyə tövsiyə edirik ki, beynəlxalq qanunlara hörmətlə yanaşsınlar və beynəlxalq sərhədləri qorusunlar”

2020-10-30

gun az article

İranda daha 365 nəfər koronavirusdan ölüb, 8011 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-10-30

gun az article

MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib - VİDEO

2020-10-30

gun az article

İran saytı torpaqlarını işğaldan azad etməyə çalışan Azərbaycan hökumətinə qarşı yalan və böhtan dolu məlumatlar yayıb

2020-10-30

gun az article

“Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - Arutyunyan təşvişdə

2020-10-30

gun az article

Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur - RƏSMİ

2020-10-30

gun az article

MN: Düşmənin bir sıra texnikası və canlı qüvvəsi məhv edilib

2020-10-30

gun az article

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

2020-10-30

gun az article

Azərbaycanda mülki əhalinin qorunması üçün israilli diplomatdan - Təklif

2020-10-29

gun az article

MN: Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub

2020-10-29

gun az article

İran ordusunun yüksək rütbəli komandiri koronavirusdan ölüb

2020-10-29

gun az article

İranda koronavirusdan ölənlərin sayı 34 000 nəfəri keçib (Rəsmi statistika)

2020-10-29

gun az article

İranın Zəncan əyalətində koronavirusa yoluxan daha 566 nəfər xəstəxanalara yerləşdirilib

2020-10-29

gun az article

“Cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?!”

2020-10-29

gun az article

Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib

2020-10-29

gun az article

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

2020-10-29

gun az article

Düşmənin nə qədər canlı qüvvəsi məhv edilib? - Prezident açıqladı

2020-10-29

gun az article

İranlı general: “İran sərhədləri yaxınlığında təkfirçi ünsürlərlə kəskin davranacağıq”

2020-10-28