SON XƏBƏRLƏR

Səudiyyə rəsmisi: “Biz, İranın dəstəklədiyi terrorçularla üz-üzə qalmışıq”

2021.10.20, 07:36
Səudiyyə rəsmisi: “Biz, İranın dəstəklədiyi terrorçularla üz-üzə qalmışıq”

Gunaz.tv

 GünAzTV: Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin sözçüsü general Mənsur əl-Torki dekabrın 24-də jurnalistlərə açıqlamasında İranın ölkəsinin daxili işlərinə qarışmasından və bu ölkədə fəaliyyət göstərən terrorçu qruplaşmalara dəstəyindən danışıb.

 

Əl-Torki bildirib ki, 2016-cı il, dekabrın 13-də bu ölkdə İrana müxalif şiə ruhanisi Şeyx Məhəmməd əl-Ceyranini evinin qarşısında oğurlayaraq qətlə yetirən terrorçuların Tehrana bağlı olması artıq müəyyənləşdirilib: “Terrorçular, şiələrin yaşadığı bölgələrdəki məhkəmələrin hakimi olan həmin ruhanini evi qarşısında oğurlayaraq onu Əl-Salehiyyə məntəqəsindəki bir kolluqda öldürüb basdırmışdılar. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin isə məsələni araşdırmasından sonra terrorçuların İrana bağlı olduğu aşkarlanıb.

 

Təəssüflər olsun ki, bu gün biz, Səudiyyə Ərəbistanında İranın dəstəklədiyi terrorçu qruplaşmaların fəaliyyəti ilə üz-üzə qalmışıq. Onlar, ölkədə törətdikləri hər bir terror aktından sonra öz cinayətlərini ört-basdır etmək üçün bütün izləri silməyə çalışırlar. Halbuki bu terrorçuların İran tərəfindən dəstəkləndiyi artıq hamıya bəlli olub. Hazırda xoşbəxtlikdən, biz, İrana bağlı bu kimi terrorçu dəstələri ölkənin Qətif əyalətinin “əl-Əvaləmiyyə” məntəqəsindən  uzaqlaşdırmağa nail ola bilmişik”.

 

Qeyd edək ki, bir il əvvəl İrana bağlı terrorçular tərəfindən oğurlanaraq qətlə yetirilən Səudiyyə Ərəbistanının 12 imamlı şiə ruhanisi Şeyx Məhəmməd əl-Ceyrani, ölümündən az əvvəl fətva (fitva) verərək, şiə axundlarına xums verilməsinin, eləcə də, Səudiyyə Ərəbistanının dövlət qurumlarına, polisə və ordu qüvvələrinə qarşı edilən hər hansı bir hücumu ən böyük günahlardan biri kimi saymışdı.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar