SON XƏBƏRLƏR

Səudiyyə rəsmisi: “İranın dünya neft bazarında yerini tutmağa hazırıq”

2021.10.20, 07:36
Səudiyyə rəsmisi: “İranın dünya neft bazarında yerini tutmağa hazırıq”

Gunaz.tv

GünazTV: Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid bin Əbdüləziz əl-Faleh aprelin 30-da Rusiyanın “Sputnik” agentliyinə açıqlamasında Amerikanın İrandan neft alan 8 ölkəyə verdiyi 180 günlük möhlətin başa çatmasından və dünya neft bazarından danışıb.

 

O bildirib ki, Səudiyyə Ərəbistanı bundan əvvəl İrandan neft alan ölkələrin neftə olan ehtiyaclarını təmin etməyə hazırdır: “Biz, İranın dünya neft bazarında yerini tutmağa və İran neftinin alıcılarının bütün ehtiyaclarını təmin etməyə hazırıq. Hesab edirəm ki, dünyada neftin istehsal səviyyəsi və həcminin koordinasiya edilməsi ilə bağlı əldə edimiş razılaşmanın vaxtı iyun ayından sonra uzadılacaq. Biz, dünya neft yataqlarına baxıb, istehsal səviyyəmizi ona əsasən tənzimləyəcəyik. Düşünürəm ki, bu barədə bir saziş əldə ediləcək” -deyə Xalid bin Əbdüləziz əl-Faleh vurğulayıb.

 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin İrandan neft alan 8 ölkəyə öz neft ehtiyaclarını təmin etmək üçün alternativ variant axtarıb tapmaq üçün verdiyi 180 günlük möhlətin vaxtı mayın 2-də başa çatır. Bu günə qədər Amerikanın sanksiyalarından istisna edilən həmin ölkələr, mayın 2-dən sonra İrandan neft alışını tamamilə dayandırmalıdırlar. Əks təqdirdə, Vaşinqtonun ağır sanksiyalarına məruz qalacaqlar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar