SON XƏBƏRLƏR

Seul və Pxenyan arasında yenidən gərginlik

2021.10.20, 07:36
Seul və Pxenyan arasında yenidən gərginlik

Gunaz.tv

GünAz TV: Cənubi Koreya Şimali Koreyanın yeni raket sınaqları ilə əlaqədər çox ciddi narahatdır. Bu barədə ölkənin milli təhlükəsizlik şurası çərşənbə axşamı yaydığı bəyanatda deyir.

 

Trend-in məlumatına görə, Cənubi Koreyanın milli təhlükəsizlik şurası görüş keçirdiblər. İştirakçılar bu ilin may ayından bəri Şimali Koreyada davam edən qısaməsafəli raketlərin atılmasından ciddi narahatlığın olduğunu bildiriblər.

 

Həmçinin, görüş iştirakçıları Koreya yarımadasında təhlükəsizlik sahəsində ümumi vəziyyəti müzakirə ediblər.

 

Qeyd edək ki, daha əvvəl Şimali Koreya Şərq dənizi istiqamətində iki naməlum mərmi atmışdı.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar