SON XƏBƏRLƏR

“Agentliyin texniki məsələlərini siyasiləşdirmək qeyri-konstruktiv addımdır”-İranın xarici işlər naziri

2021.11.25, 13:34
“Agentliyin texniki məsələlərini siyasiləşdirmək qeyri-konstruktiv addımdır”-İranın xarici işlər naziri

Gunaz.tv

Öz paylaşımında Qrossinin Tehran səfərinin uğursuzluğu və onun İran rəsmiləri ilə apardığı danışıqların nəticəsiz qalması ilə bağlı açıqlamasına toxunan Abdullahiyan, iddia edib ki, Tehranla Agentlik rəhbəri arasında birgə əməkdaşlıq barədə razılıqlar əldə olunub.

“Tehranda cənab Qrossi ilə çox səmimi, şəffaf və səmərəli danışıqlarımız oldu. Biz əməkdaşlığımızı davam etdirmək üçün yaxşı nəticələr əldə etdik, razılığa gəldik. 

Lakin bu əməkdaşlığın detallarını və mahiyyətini müəyyənləşdirib yekunlaşdırmaq üçün hələ iş aparılmalıdır. Razılaşmanın əldə olunması mümkündür. 

Hesab edirəm ki, Agentliyin texniki məsələlərini siyasiləşdirmək qeyri-konstruktiv addımdır”, -deyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Twitter” hesabında etdiyi paylaşımında bildirib. 

Xatırladaq ki, Rafael Qrossi noyabrın 24-də mediaya açıqlamasında Tehrana son səfərindəİran rəsmiləri ilə apardığı müzakirələrin heç bir nəticə vermədiyini deyib.

“Təəssüflər olsun ki, Kərəcdə sentrifuqa hissələrini istehsal edən TESA mərkəzində Agentliyin dörd müşahidə kamarasının yenidən quraşdırılması və bizim müfəttişlərin bu və digər təsisatlara baxış keçirilməsinə şərait yaradılması ilə bağlı apardığımız danışıqlar heç bir nəticə vermədi.

Hazırda isə elə bir nöqtəyə gəlib çatmışıq ki, mən artıq İranın nüvə fəaliyyətlərinin mahiyyətindən xəbərdar olmağıma zəmanət verə bilməyəcəyəm.

Tehranda İran rəsmiləri ilə keçirdiyim görüşlərdə göstərdiyim bütün səylərə baxmayaraq, biz bu və digər məsələlərlə bağlı razılığa gələ bilmədik”, -deyə Qrossi bildirib.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar