SON XƏBƏRLƏR

“Amerikanın göndərdiyi şifahi mesajlar İranın danışıqlara qayıtması üçün meyar sayılmır”-İranlı nazir

2021.10.20, 07:36
“Amerikanın göndərdiyi şifahi mesajlar İranın danışıqlara qayıtması üçün meyar sayılmır”-İranlı nazir

Gunaz.tv

Livanlı həmkarı Abdulla Bu Həbiblə danışıqlar aparmaq üçün jurnalistlərə verdiyi birgə mətbuat konfransında nazir deyib ki, Amerika İranın Vyanadakı nüvə danışıqlarına qayıtması üçün rəsmi Tehrana şifahi mesajlar göndərir, üç Avropa ölkəsi isə bu barədə əməlsiz vədlər verir.


“Amerikanın şifahi mesajları və üç Avropa ölkəsinin əməlsiz vədləri İranın Vyana danışıqlarına qayıtması üçün meyar sayılmır. 


Əgər qarşı tərəflərin öz öhdəliklərinin icrasına qayıtması üçün gerçək niyyəti olsa, o zaman biz də nüvə razılaşması çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərin icrasına qayıdacağıq. 


Biz isə qarşı tərəflərin əməli addımları, o cümlədən də bizə qarşı tətbiq edilən sanksiyaların ləğv olunması və onların öz öhdəliklərinin icrasına qayıtması qarşılığında qərar verəcək, əməl edəcəyik.


2015-ci ildə imzalanmış nüvə razılaşmasında İran yeganə ölkədir ki, axıra qədər öz öhdəliklərinə sadiq qalıb və qarşı tərəflər də belə rəftar edəcəkləri təqdirdə bu prinsipimizi davam etdirəcəyik”, -deyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.

 
A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar