SON XƏBƏRLƏR

Hüseyn Əmir Abdullahiyan: "İran və Rusiya prezidentləri 20 illik əməkdaşlıq ilə bağlı yol xəritəsinin hazırlanmasına göstəriş veriblər”

2022.01.20, 13:48
Hüseyn Əmir Abdullahiyan: "İran və Rusiya prezidentləri 20 illik əməkdaşlıq ilə bağlı yol xəritəsinin hazırlanmasına göstəriş veriblər”

Gunaz.tv

O deyib ki, koronavirusun yaratdığı məhdudiyyətlərə baxmayaraq 3 saat bir-biri ilə görüşüb danışıqlar aparan İran və Rusiya prezidentləri iki ölkə arasında 20 illik əməkdaşlıq ilə bağlı yol xəritəsinin hazırlanmasına göstəriş veriblərş

“Prezidentlər 20 illik yol xəritəsinin hazırlanması  ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə tapşırıqlar veriblər. 

Mən rusiyalı həmkarım Sergey Lavrovla görüşərək bu barədə işçi qrupun təyin edilməsi ilə bağlı danışıqlar aparmışam”, -deyə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.

Həmçinin hər iki prezidentin görüşündə İran və Rusiya arasında müxtəlif sahələrdə, o cümlədən də siyasi- strateji, iqtisadi, ticari, mədəni, elm-texnologiya və digər sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyini bildirən Abdullahiyan iki ölkə arasında imzalanacaq 20 illik əməkdaşlıqla bağlı yol xəritəsinin mahiyyətinin konkret nədən ibarət olacağı barədə hər hansı açıqlama verməkdən imtina edib. 

رئیسی و پوتین

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar