SON XƏBƏRLƏR

Hüseyn Əmir Abdullahiyan: “İranla Ermənistan əlaqələrinə xələl gətirilməsinə imkan verməyəcəyik”

2021.10.20, 07:36
Hüseyn Əmir Abdullahiyan: “İranla Ermənistan əlaqələrinə xələl gətirilməsinə imkan verməyəcəyik”

Gunaz.tv

O deyib ki, rəsmi Tehran bir sıra ölkələrin İraznla Ermənistan əlaqələrinə təsir göstərməsinə icazə verməyəcək.


“Tam sevinclə bildirmk istəyirəm ki, son 20 gündə mənimlə erməni həmkarım arasında Düşənbədə, Nyu-Yorkda və Tehranda üç görüşüm keçirilib. Həmin müddətdə İbrahim Rəisi və Nikol Paşinyan arasında   Düşənbədə keçirilən Şanxay toplantısı çərçivəsində də çox mühüm bir görüş keçirilib.  

Görüşdə isə hər iki ölkənin başçıları bir sıra strateji məsələlər barıdı danışıqlar aparıblar. Mənə və erməni həmkarıma da hər iki ölkənin gələcək yol xəritəsini tərsim etmək işi tapşırılıb.


Bu gün isə biz apardığımız danışıqlarda ölkələrimizin siyasi, iqtisadi, turizm, Ticarət və mədəni sahələrdəki əlaqələrini genişləndirmək barədə razılığa gəlmişik. Danışıqlarımızda həmçinin ölkələrimiz arasında ticarət və bu istiqamətdə Ermənistanın tranzit yolunun istifadəyə verilməsi isə önəm daşıyan əsas mövzulardan biri olub.


Biz iki ölkə arasında tranzit yolu və kommunikasiya marşrutlarının bərpa olunması üçün tez bir zamanda həyata keçiriləcək bir layihə də hazırladıq.


Hazırda isə sionistlərin və terrorçuların Cənubi Qafqaz regionunda mövcudluğu bizi ciddi nigaran edir.

Biz isə burada yüksək səslə elan edirik ki, bəzi xarici ölkələrin İranın qonşuları ilə, o cümlədən də Ermənistan ilə əlaqələrinə xələl gətirməsinə imkan verməyəcəyik”, -deyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar