SON XƏBƏRLƏR

Hüseyn Əştəri: “Ölkənin şimal-qərb sərhədlərinə yeni qüvvələr və hərbi təchizat göndərmişik”

2021.10.20, 07:36
Hüseyn Əştəri: “Ölkənin şimal-qərb sərhədlərinə yeni qüvvələr və hərbi təchizat göndərmişik”

Gunaz.tv

O, öz açıqlamasında Azərbaycan Respublikasınn adını çəkməsə də, bu ölkə ilə sərhəd məntəqələrində təhlükəsizlik baxımından hər hansı bir problemin olmadığını deyib.


“Bizim hazırda ölkənin şimal-qərb məntəqəsində təhlükəsizlik baxımından hər hansı bir problemimiz yoxdur və sərhədçilərimiz sərhəd keşik zonalarında vəziyyətə nəzarət edir, öz vəzifələrini yerinə yetirirlər. 


Biz, şimal-qərb sərhədlərimizə yeni qüvvələr və əlavə hərbi təchizat göndərmişik. 


Bizim heç bir çıxılmaz vəziyyətimiz yoxdur və bütün maneələr aradan qaldırılıb. Ümid edirəm ki, ölkələr öz daxili problemlərini öz ölkələrində həll edəcəklər”, -deyə İran hüquq mühafizə qüvvələrinin komandanı Hüseyn Əştəri bildirib.


Əştəri “bütün maneələr aradan qaldırılıb” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar