SON XƏBƏRLƏR

Şeyx Məhəmməd Xiyabanı və Səttarxanın məzarı Təbrizə köçürüləcək

2021.10.20, 07:36
Şeyx Məhəmməd Xiyabanı və Səttarxanın məzarı Təbrizə köçürüləcək

Gunaz.tv

GünAz TV: Məşrutə İnqilabının əsas liderlərindən olan Şeyx Məhəmməd Xiyabanı və Milli Sərdar Səttarxanın məzarları Tehrandan Təbrizə köçürüləcək.

 

Bu barədə Təbriz Şəhər Şurasının üzvü Qulamhüseyn Məsudi Reyhan çərşənbə günü “İsna” xəbər agentliyinə məlumat verib.

 

“Səttarxan və Şeyx Məhəmməd Xiyabanı Azərbaycanın tarixi şəxsiyyətləri və miflərindən sayılır. Onların məzarının Təbrizə köçürülməsi ilə bağlı müəyyən işlər görülüb, Bələdiyyə İdarəsi bunun üçün cari ildə xüsusi büdcə də nəzərdə tutub. Mən də davamlı olaraq bu məsələni gündəmdə saxlayıram”- deyə o qeyd edib.

 

Təbriz Şəhər Şurasının müavini Sonya Əndiş də bu barədə oxşar açıqlama ilə çıxış edib.

 

O Qulamhüseyn Məsudi Reyhanın sözlərinin təsdiqində bildirib ki, “məqbərə tikmək və büdcə vəsaiti ayırmadan əvvəl bu işin hüquqi, qanuni və şəriət məsələləri aydınlaşıb və öz həllini tapmalıdır. Bundan sonra Bələdiyyə İdarəsi məzarların köçürülməsi və məqbərə tikmək üçün hərəkətə keçməlidir. İstənilən halda cari ildə tarixi şəxsiyyətlərimizin anılması ilə bağlı xüsusi büdcə vəsaiti nəzərdə tutulub”- deyə o bildirib.

 

Qeyd edək ki, Tehranda Şeyx Məhəmməd Xiyabani və Səttarxanın məzarlarına vaxtaşırı edilən hösmətsizliklər azərbaycanlıların dəfələrlə etirazına səbəb olub. Bununla bağlı ötən il Qulamhüseyn Məsudi Reyhan bu tarixi şəxsiyyətlərin məzarlarının Təbrizə köçürülməsini tələb etmişdir.

 

Şeyx Məhəmməd Xiyabanının məzarı Tehranda Şah Əbdüləzimdə yerləşən qəbiristanlıqda Milli Sərdar  Səttarxanın məzarının bir neçə metrliyindədir. Hər iki məzar olduqca adi və baxımsız vəziyyətdədir. Bu məzarlar hətta vaxtaşırı müxtəlif bəhanələrlər təxrib edilir və aşağılanır.

Şeyx Məhəmməd Xiyabanının qəbir daşı 2014-cü il iyun ayında naməlum şəxslər tərəfindən təxrib olunub, məzarın üstünə inşaat tullantıları atılmışdır. 2017-ci ildə isə inşaat layihəsinin icrası bəhanəsi ilə mərhumun qəbir daşının altı torpaqdan boşaldılmışdır.

 

 

Milli Sərdar Səttarxanın da məzarı Şəyx Məhəmməd Xiyabanının məzarı kimi çox baxımsız vəziyyətdə olub, lakin ötən illərdə Azərbaycan Milli Hərəkatı fəalları tərəfindən təmir edilib və təxrib edilmiş qəbir daşı yenisi ilə əvəzlənib.

 

 

Bu acınacaqlı vəziyyəti görən soydaşlarımız uzun illərdir milli  qəhrəmanlarımızın məzarını Azərbaycan şəhərlərinə köçürmək istəyir, lakin günümüzə qədər rejim buna imkan verməyib.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar