SON XƏBƏRLƏR

İsfahanda daha 3 məhkum edam edilib

2022.01.15, 12:31
İsfahanda daha 3 məhkum edam edilib

Gunaz.tv

Edam edilənlərdən ikisi milliyyətcə lor, biri isə bəlucdur.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, hər üç məhkum Loristan əyalətinin sakinlərindən olan Məhəmməd Cəfər Salehi, Şahin Xosrəvi və Zahidan şəhər sakini Əbdülrəhim Sərgülzayi yanvarın 13-ü səhər saatlarında İsfahan şəhərinin mərkəzi zindanında dara çəkiliblər.

Edam edilən şəxslərin ailə durumu və onların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb. 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

afzayesh-edam-300x191.jpg

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar