SON XƏBƏRLƏR

İsfahanda iki məhbus edam edilib

2022.07.15, 10:21
İsfahanda iki məhbus edam edilib

Gunaz.tv

Möhsün Səfəri və Əmir Hüseynabadi adlı məhbusların narkotik maddələrin alveri və qətldə ittiham lunaraq edam cəzasına məhkum edildiyi bildirilir.

Məlumatda bildirilir ki, edam hökmünün icrasının bir neçə gün öncə həyata keçirilməsinə baxmayaraq rəsmi dövlət mediası və məhkəmə sistemi nümayəndələri bu barədə məlumat yaymayıb.

Ölüm hökmlərinin gizli həyata keçirildiyi qeyd olunur.

Qeyd edək ki, İranda icra edilən edam cəzalarının 88 faizi barədə rəsmi açıqlama verilmədiyi üçün hüquq müdafiəçiləri buna "gizli edam" adı veriblər.

İran İnsan Haqları Təşkilatı iyulun 1-də yaydığı son hesabatında bu ilin birinci yarısında İranın müxtəlif zindanlarında 251 ölüm hökmünün icra edildiyini, onların çoxunun rəsmi olaraq elan edilmədiyini bildirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar