Şimal bölgəsində yanğının söndürülməsinə 270 canlı qüvvə və helikopter cəlb edildi

2021-06-17 22:05

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında yanğın baş verib.

Gunaz.tv Quote | Gunaz article

Hadisə biçilməmiş əkin və meşə sahələrində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN)  Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz rayon hissəsinin texnikası və canlı qüvvəsi göndərilib.

Bir az əvvəl isə Nazirliyin Aviasiya dəstəsinin helikopteri də yanğınsöndürmə işlərinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (АРТ) müvafiq qüvvələri gün ərzində ölkə ərazisində bir neçə istiqamətdə açıq sahələrdə baş vermiş yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunub. 

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında gün ərzində respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Bakı şəhərinin Sabunçu, Yasamal və Suraxanı rayonları, Abşeron, Lənkəran, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, İmişli, Sabirabad, Bərdə, Tovuz, Neftçala rayonlarında açıq sahələrdə baş vermiş yanğınlar Nazirliyin müvafiq qüvvələri tərəfindən operativ qaydada söndürülüb.

FHN-in Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumatda bildirilir ki, nazirliyin qüvvələri tərəfindən Xaçmaz, Quba və Şabran rayonlarında açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə baş vermiş yanğınlarla mübarizə hazırda davam etdirilir. Şimal zonasındakı yanğınların qısa müddətdə söndürülməsi məqsədilə FHN-in ümumilikdə 270 nəfərdən ibarət şəxsi heyəti və 26 ədəd texnikası, o cümlədən 1 ədəd helikopteri cəlb olunub.

İsti və küləkli hava yanğınları yayaraq söndürülməsini çətinləşdirir. Bir sıra ərazilərdə mürəkkəb relyef şəraiti də yanğınsöndürmə işlərinə mane olur.

Qeyd edək ki, yanğınların baş verməsinə səbəb kimi insan faktoru əsas hesab olunur. Hazırda yanğınların başvermə səbəbləri araşdırılır.

Xaçmaz rayonunun Niyazoba kəndi yaxınlığında meşə və meşəətrafı zonada, o cümlədən biçilmiş və biçilməmiş taxıl, quru ot və kol-kosdan ibarət sahələrdə baş vermiş yanğın söndürülüb.

Mürəkkəb relyefin, isti və küləkli hava şəraitinin yanğının söndürülməsinə mane olmasına baxmayaraq, nazirliyin əraziyə cəlb olunmuş qüvvələrinin peşəkar fəaliyyəti nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib. (virtualaz.org)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31

gun az article

Tehranda benzin etirazlarında öldürülən aksiyaçıların doğmaları aksiya keçirib: Şəhid anaları həbs edilib

2021-07-31

gun az article

Cahit Bağçı Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyəti açıqladı

2021-07-31

gun az article

Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

2021-07-31

gun az article

Hərbi ekspert: "Ukraynalılar Azərbaycanın yolu ilə gedərək qələbə qazanmaq istəyirlər"

2021-07-31

gun az article

Leyla Abdullayeva: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

2021-07-31

gun az article

“Tokio-2020”: Türkiyə ilk qızıl medalını qazandı

2021-07-31

gun az article

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür edib

2021-07-31

gun az article

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

2021-07-31

gun az article

Meşə yanğınları Alanyaya çatdı - VİDEO

2021-07-31

gun az article

Yair Lapid: “Neft tankerimizə hücum İranın işidir və ona kəskin cavab verilməlidir”

2021-07-31

gun az article

Səfir Bilal Hayee: "Pakistan xalqı hər zaman Azərbaycan xalqının yanındadır"

2021-07-31