SON XƏBƏRLƏR

Şimali Koreya Cənubi Koreyaya hücum edib, Ölən və yaralananlar var

2021.10.20, 07:36
Şimali Koreya Cənubi Koreyaya hücum edib, Ölən və yaralananlar var

Gunaz.tv

GünAzTv: Şimali Koreya artilleriyası Cənubi Koreyanın Sarı dənizdə sərhəd adalarından biri olan Yenpxendo adasını atəşə tutub.

“Reuters”in yaydığı məlumata görə, Cənubi Koreya hərbçiləri də cavab atəşi açıblar. Hazırda atışma davam edir, adaya azı 200 mərmi buraxılıb. Nəticədə 60-70 yaşayış evi yanıb. KXDR-in hücumu nəticəsində Yenpxendo adasında Cənubi Koreyanın ən azı 1 dəniz piyadası ölüb, 3 hərbçisi isə ağır yaralanıb. Adada elektrik təchizatı pozulub, sakinlər bunkerlərə evakuasiya edilir. Cənubi Koreya hərbi təyyarələri ada üzərində keşik çəkir. Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyanın əməllərini təxribat adlandırıb və qoşunlarının atdığı atəşin özünümüdafiə xarakteri daşıdığını bəyan edib. Seulda hücumun Pxenyanın Cənubi Koreyanın hərbi təlimlərinə reaksiya olduğu istisna olunmur.

İnsidentlə bağlı olaraq, Cənubi Koreya hökuməti ölkədə müharibə təhlükəsinin ən yüksək səviyyəsini elan edib, dövlət başçısının məsləhətçiləri şurası yaradılıb.

****

Cənubi Koreya lideri Li Men Bak Koreya Xalq Demokratik Respublikasından ölkəsinin atəşə tutulmasını və artilleriya zərbələri mübadiləsini iri miqyaslı münaqişəyə çevirməməyi tələb edib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, Li Men Bak eyni zamanda Pxenyanı təxribatı dayandırmayacağı təqdirdə sərt cavabla hədələyib.

Hazırda Seulda Li Men Bakın rəhbərliyi ilə güc strukturları rəhbərlərinin iclası keçirilir. İclasda vəziyyətlə bağlı qərarın qəbul ediləcəyi gözlənilir.

Ekspertlərin rəyinə görə, Cənubi Koreya ola bilsin ki, əks hücuma keçməmişdən öncə ABŞ-ın vəziyyətə reaksiyasını gözləməyə üstünlük versin.

Xatırladaq ki, iki ölkə sərhədində sonuncu ciddi insident 2010-cu il martın 26-da baş verib. Həmin vaxt Şimali Koreya “Cheonan” hərbi gəmisini batırıb. Lakin BMT bu olayı araşdırsa da, hadisənin səbəbini müəyyənləşdirə bilməyib. ANS Press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar