SON XƏBƏRLƏR

Şimali Koreya əhalisinin 40%-dən çoxu az qidalanmadan əziyyət çəkir

2021.10.20, 07:36
Şimali Koreya əhalisinin 40%-dən çoxu az qidalanmadan əziyyət çəkir

Gunaz.tv

GünAz TV: Təxminən 11 milyon şimali koreyalı və ya KXDR əhalisinin 43,4% -i az qidalanmadan əziyyət çəkir.

 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) KXDR-dəki insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Tomas Ohea Quintananın hesabatında deyilir.

 

Əlavəyə əsasən, hesabat KXDR xaricində hazırlanıb. Müəllif məlumatı "qaçan şəxslərdən (KXDR-dən), insan hüquqlarının pozulması qurbanlarının ailə üzvlərindən və digər məlumatlı şəxslərdən əldə edib."

 

Məruzə Quintananın 7-11 yanvar və 17-21 iyun tarixlərində Cənubi Koreyaya iki səfəri əsasında hazırlanıb. Sənəddə deyilir ki, xüsusi məruzəçi Xarici İşlər Nazirliyinin rəsmiləri və Cənubi Koreya parlamentinin üzvü, Keson Sənaye Kompleksi korporativ birliyinin üzvləri, Koreya Milli Birlik İnstitutunun tədqiqatçıları, BMT təşkilatlarının və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar