SON XƏBƏRLƏR

Şimali Koreya növbəti ballistik raket buraxıb

2021.10.20, 07:36
Şimali Koreya növbəti ballistik raket buraxıb

Gunaz.tv

GünAz TV: Şimali Koreya (KXDR) çərşənbə günü Yapon dənizinə tərəf raket buraxıb.

 

Bu barədə "Report" NHK telekanalına istinadən xəbər verir.

 

Yaponiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, hazırda Yaponiyaya birbaşa heç bir təhlükə yoxdur.

 

Koreya Respublikası Qərargahları Rəisləri Komitəsinə istinad edən "Yonhap" agentliyinin məlumatına görə, raket buraxılışı Vonsan limanı ərazisində həyata keçirilib.

 

Hazırda raket sınağı ilə bağlı ətraflı informasiya verilmir. KXDR son zamanlar tez-tez kiçik mənzilli ballistik raketlərin sınağını keçirir. 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar