SON XƏBƏRLƏR

Şimali və Cənubi Koreya nümayəndə heyətlərinin görüşü başlayıb

2021.10.20, 07:36
Şimali və Cənubi Koreya nümayəndə heyətlərinin görüşü başlayıb

Gunaz.tv

GünAz TV: Pxanmuncom sərhəd məntəqəsində Şimali və Cənubi Koreya nümayəndə heyətlərinin görüş başlayıb.

 

Bu barədə Cənubi Koreya mətbuatında məlumat yayılıb.

 

İki ölkə rəsmiləri arasında görüş yerli vaxtla saat 10:00-da başlayıb. Cənubi Koreya nümayəndə heyətinə Milli Birləşmə nazirliyinin rəhbəri Ço Mön Gün, Şimali Koreyanın nümayəndə heyətinə isə Sülh Birləşməsi Komitəsinin sədri Li Son Qvon rəhbərlik edir. Görüş qapalı keçirilir.

 

Tərəflər ilk növbədə Şimali Koreya idmançılarının bu ilin fevralında Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakını müzakirə edəcəklər. 

 

Qeyd edək ki, bu, 2012-ci ildən bəri tərəflər arasında keçirilən ilk görüşdür.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar