SON XƏBƏRLƏR

Sistan-Bəlucistan əyalətində müxalif bəluclarla silahlı qarşıdurmada 4 İran sərhədçi həlak olub, 3-ü yaralanıb

2021.10.20, 07:36
Sistan-Bəlucistan əyalətində müxalif bəluclarla silahlı qarşıdurmada 4 İran sərhədçi həlak olub, 3-ü yaralanıb

Gunaz.tv

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətində, Pakistan sərhədinə yaxın Mircavə şəhərinin Rig Mələk sərhəd zonasında yerli bəluclarla baş vermiş silahlı qarşıdurmada 4 İran sərhədçisi həlak olub, 3-ü yaralanıb. Bu barədə İranın hökumət saytları məlumat yayıb.

 

Yayılan məlumata əsasən, aprelin 17-i gecə saat 01-də başlayan qarşıdurma, saat 03-ə qədər davam edib. Bildirilir ki, İran sərhədçiləri bölgədə reyd keçirərkən gecə qaranlığında Pakistan ərazisində gizlənmiş müxalif yerli bəlucların hücumuna məruz qalıblar. Nəticədə iki saat davam edən atışmada 4 İran sərhədçisi (Əbülfəz Qulampur, Vəhid Hüseynzadə, Zəkəriya Nuti Zehi və Mahmud Rəcəb Niya) güllə yarası alaraq yerindəcə həlak olub, 3 sərhədçi (Əli Rzayi, Mahmud Cəlili və Məhəmməd Osman Vəhidifər) isə ağır yaralanıb. Qeyd olunur ki, ölən İran sərhədçilərindən biri zabit, biri isə əsgərdir. Ölən və yaralanan digər sərhədçilər isə “Bəsic” təşkilatının üzvləridir.

 

İran mənbələrinin yaydığı xəbərdə, qarşıdurmada 2 hücumçunun öldüyü, 3-ünün isə yaralandığı bildirilsə də, onların adları və hansı müxalif bəluc təşkilatından olduqları açıqlanmayıb.

 

Qeyd edək ki, sünni məzhəbli İran bəluclarının milli və dini hüquqları uğrunda silahlı mübarizə apardıqlarını bildirən müxalif bəlucların əsas hərbi qərargahları, Pakistacnın Bəlucistan əyalətində yerləşir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar