SON XƏBƏRLƏR

Siyamək Mirzayi yaxın həftələrdə azadlığa buraxılacaq

2021.10.20, 07:36
Siyamək Mirzayi yaxın həftələrdə azadlığa buraxılacaq

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi 30 gündən az müddətdə azadlığa buraxılacaq.

 

Bu barədə məlumat mayın 31-də fəalın həyat yoldaşı Vəhidə Kərimi tərəfindən elan olunub.

 

3 illik həbs cəzasını çəkməkdə olan azərbaycanlı fəal 2 il 11 aydır ki, Evin zindanında məhbus həyatı yaşayır. O bu müddətdə məzuniyyət hüququndan məhrum edilib.

 

Azərbaycanlı şair və yazıçı 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qurum yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Siyamək Mirzayi bundan əvvəl də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ali təhsilin magistratura (yüksək lisans) səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.

 

Güneyli fəal və onun vəkili həbs edildiyi müddətdə şərti azadlığa buraxılması üçün cəhd göstərib, hətta bunun üçün ağır mülki vəsiqə də girov qoymaq istəyib, lakin təhlükəsizlik və məhkəmə məsulları onun qanuni tələbinin təmin olunmasına mane olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar