Azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi bu gün yanvar ayının 19-u yaxınları ilə telefon danışığında bunu deyib.
Gunaz.tv
O, Yusif Kariyə dəstək vermək və Ərdəbil həbsxanasının məsul nəzarətçisinin bu milli fəala qarşı qanunsuz davranışlarına etiraz etmək üçün sabah çərşənbə günü, yanvar ayının 20-i, səhər saatlarından aclıq aksiyasına başlayacağını elan edib.
Yusif Kari Ərdəbil həbsxanasının məsul nəzarətçisi “Sepehri”nin kabinetinə çağrılaraq təhqir edilməsinə və palatasından həbsxananın karantin bəndinə köçürülməsinə etiraz olaraq 7 gündür aclıq aksiyası keçirir. Siyasi məhbus yanvarın 17-i, bazar günündən isə quru aclıq aksiyasına başlayıb.
Yusif Karinin həbsxana nəzarətçisi “Sepehri”nin kabinetinə çağrılması milli fəalın tibbi məzuniyyət tələb etməsi ilə əlaqədar olub. Tibbi məzuniyyət barədə təklif Ərdəbil prokroru Seyid Abdullah Təbatəbayi tərəfindən 8 dekabr 2020-ci ildə, Ərdəbil əyalətinin məhkəmə sisteminin məsullarından ibarət bir heyətin həbsxanadan görüş keçirdiyi zaman verilmişdir. “Sepehri” isə Y.Karini kabinetinə çağıraraq siyasi məhbusların hüquqlarını tanımadığını bildirib.
Dünən, yanvar ayının 18-dən Yusif Kariyə dəstək məqsədi ilə aclıq aksiyasına başlayan tanınmış siyasi fəal Abbas Lisani telefon əlaqəsi zamanı həbsxana məsullarına xəbərdarlıq edib ki, Yusif Karini öz palatasına qaytarmayacaqları təqdirdə sabahdan (20 yanvar) quru aclıq aksiyasına başlayacaq.
Y.Karinin yaxınları məlumat veriblər ki, yanvarın 18-dən 19-a keçən gecə siyasi məhbusun təzyiqinin kəskin düşməsi və ürək döyüntülərinin çoxalması səbəbilə zindanın sağlıq ocağına yerləşdirilib.
С.E