Siyamək Mirzayinin “Evin”də yeni şeiri

2021-03-15 22:01

Siyasi məhbus, milli-mədəni fəal Siyamək Mirzayi Tehranın “Evin” zindanında yaradıcılığını davam etdirir.

Gunaz.tv Quote | Gunaz article

Zindan həyatı siyasi məhbusun yaradıcılığına yeni çalarlar qatıbdır.

Yazıçı, şair Siyamək Mirzayinin bu gün Tehranın “Evin” zindanında yazdığı şeir:
 

Ayaq-sayaq


Gecə duvarların
 

Qalın sayxaşlığında
 

Dan umudu döyünürdü, tutqun pencərənin arxasında
 

Qırov basmış anıların sözcükləri
 

Dilək günəşin saçlarına sərilirdi
 

Biçin-biçin doğruluqda arınırdı
 

Sankı oyaqlığın kövrək duyğusu
 

Sayaq yuxuları belə sarmışdı
 

Xəyal səsi axsaq saat axmasında
Ayrılaraq

 

Haylı küylü həyəcana döyünürdü
 

Tikanlı tellərdən qopan bir mahnı
 

Yaşıl donu səslənirdi
 

Sən isə çiskin bir səhərin
 

Ağ cığırından süzürdün
 

Əllərin, buğdalığın tellərini oxşardı
 

Aayaqların yalın-yalın sərinliklərdə
oynardı

 

Günəş dolu bir arzunun süzməsindən
yaz nəfəsi doğulacaq

 

Zamansız bir gözəllikdə
oyaq-oyaq yoğrulacaq
paylaşınca çoxalacaq
səslənincə açılacaq.

 

Siyamək Mirzayi
15mart 2021


Qeyd edək ki, S.Mirzayi son dəfə dekabr ayının 28-i, 2020-ci ildə Ərdəbil şəhərində yaşadığı binanın girişində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq həbs cəzasının qalan 1 il 10 gün hissəsini çəkmək üçün Tehrana göndərilib.
 
Siyamək Mirzayi 28 iyul 2019-cu ildə, 3 illik məhkumluq dövrünü başa vurduqdan bir ay sonra girov qarşılığında Evin həbsxanasından sərbəst buraxılmışdı.

 
Onun önəcki məhkəmə işinə görə, məhkumluq müddətinin 28 iyun tarixində bitməsinə baxmayaraq, həbsxanada haqqında yeni cinayət işi açılmış və həbsdən buraxıldıqdan sonra bir illik sürgün cəzasını çəkmək üçün Qain şəhərinə yollanmışdı.

 

2 Dekabr 2019-cu ildə Siyamək Mirzayinin sürgündə olduğu üçün iştirak edə bilmədiyi məhkəmə iclası keçirilib.

 
Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi 3 il Evin zindanında həbs edildikdən sonra Qain şəhərinə sürgün edilən tanınmış fəalı, “sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırmışdı. Həmin ittihama görə, 1 il 10 gün həbs cəzası verən hakim hökmün təkmil edilməsi adı ilə mədəni fəalın ölkədən çıxışına və ictimai-siyasi qruplarda üzv olmasına 2 il qadağa qoyulması barədə qərar çıxarmışdı.

 

Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi iyunun 13-də Mirzayi barəsində çıxarılan qərarları təsdiq edərək qüvvədə saxlamışdı.
 

O, 13 iyul 2020-ci il tarixində sürgünlük dövrünü başa vuraraq Qindən Ərdəbilə qayıdıb.
 

Siyamək Mirzayi 2016-ci ilin iyul ayının 13-də Muğanın Parsabad şəhərində məhkəmə hökmü təqdim edilmədən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra Tehranın Evin həbsxanasına aparılmışdı.
 

O, Evin həbsxanasının təkadamlıq kamerasında aylarla saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra Baharıstan İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizlik əleyhinə fəaliyyət göstərən qruplara üzv olmaq” ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilmişdi. Daha sonra apellyasiya məhkəməsində hökm 3 il həbs və 1 il Qain şəhərinə sürgünlə əvəz edilmişdir.

 
C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Miyana-Zəngan magistralında ağır yol qəzası: 1 ailənin 3 üzvü öldü

2021-06-15

gun az article

"Traxtur"un qurucularından biri Abbasqulu Rəsulifər vəfat edib

2021-06-15

gun az article

İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

2021-06-15

gun az article

Əhərdə “Vərni şəhəri” simvolunun açılışı olub

2021-06-15

gun az article

Edama məhkum edilmiş məhbus Urmu həbsxanasında dünyasını dəyişdi

2021-06-15

gun az article

Qərbi Azərbaycanda namizədlərin milli geyimli təbliğat banerləri yığışdırılıb-FOTO

2021-06-15

gun az article

Zənganlı ovçu barədə edam hökmü verilib

2021-06-15

gun az article

Həmədanlı hakim beynəlxalq yarışı idarə edəcək

2021-06-15

gun az article

Təbriz-İrəvan aviareysi açılır

2021-06-15

gun az article

Urmulu fəal Salar Tahir Əfşar müvəqqəti azadlığa buraxılıb

2021-06-15

gun az article

GünazTV June.14.2021: PARLAQ GƏLƏCƏK: Məhbuslarla Millətimizin Birliyi, Güney Azərbaycan’in Zəfəri, Güney Azərbaycan İran’dakı İntisabata Yox Deyir

2021-06-14

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək davam edir- FOTOLAR

2021-06-14

gun az article

“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”-Xiyavdan siyasi məhbuslara dəstək

2021-06-14