SON XƏBƏRLƏR

Siyamək Mirzayiyə qarşı irəli sürülən son ittihamla bağlı yeni qərar...

2021.10.20, 07:36
Siyamək Mirzayiyə qarşı irəli sürülən son ittihamla bağlı yeni qərar...

Gunaz.tv

GünAz TV: Tehran məhkəməsi 18 aydır məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayiyə qarşı irəli sürülən son ittihamı rədd edib.


Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı Şöbəsi tərəfindən qondarma “milli təhlükəsizliyinə qarşı qanunsuz qrup yaratmaq” ittihamı ilə 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edilən fəal hazırda Evin zindanının 8-ci korpusunda saxlanılır. O həbsdə olduğu zaman “ümumi asayişi pozmaq və rəhbəri təhqir etmək” kimi daha bir qondarma ittihamla üzləşib. Nəhayət yanvarın 16-da Tehranın 33 nömrəli Məntəqəsi şəhid Müqəddəs Məhkəməsinin 4-cü Şöbəsi irəli sürülən ittihamı ilkin araşdırma mərhələsində rədd edərək dosyenin bağlandığına dair qərar qəbul edib.


S.Mirzayi 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) yerli idarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya Məhkəməsi fəalın işinə yenidən baxaraq cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edib.

 

S.Mirzayi bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ali təhsilin magistratura (yüksək lisans) səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.



N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar