SON XƏBƏRLƏR

Skandinaviya ölkələrində Zərifin səfərinə qarşı etiraz aksiyaları keçirilib- FOTO

2021.10.20, 07:36
Skandinaviya ölkələrində Zərifin səfərinə qarşı etiraz aksiyaları keçirilib- FOTO

Gunaz.tv

GünAz TV: İrandan köçüb, Skandinaviya ölkələrində yaşayan insanlar Zərifin bu bölgəyə etdiyi rəsmi səfərə qarşı etiraz aksiyaları keçiriblər.

 

Avqustun 20-də Stokholmda keçirilən və polislə qarşıdurmaya səbəb olan etirazlar zamanı bir neçə nəfər həbs olunmuş və yaralanmışdı.  Ondan öncə isə Helsinkidə məskunlaşan İran vətəndaşları etiraz aksiyası keçirərək, Zərifin Finlandiyadan çıxarılmasını tələb edirdilər.

 

 

Dünən isə Osloda keçirilən etirazlar zamanı eyni tələb irəli sürülüb. Onlarla etirazçı Norveç Baş Nazirliyi qarşısında yığışaraq, bu ölkənin İranla diplomatik əlaqələrini kəsməsini və siyasi məhbusların azad edilməsi üçün rəsmi Tehrana təzyiqlər göstərməsini tələb ediblər. Onlar həmçinin terrorist Zərif şüarları səsləndiriblər.

 

Zərif Skandinaviya bölgəsinə etdiyi səfər çərçivəsində 3-cü ölkə olaraq Norveçə getmiş və avqustun 22-də bu ölkənin baş naziri İrina Solberglə görüşüb. O, həmin günü axşam Fransa prezidenti və xarici işlər naziri ilə görüşmək üçün Parisə yola düşüb.

 

 

Avqustun 20-də İsveçin paytaxtı Stokholmda İran vətəndaşlarının keçirdiyi aksiya zamanı polislə qarşıdurma yaranmışdı. Nəticədə 3 nəfər həbs olunmuş, 3 nəfər isə yaralanmışdı. Polisin yaydığı məlumata əsasən, toqquşmaya səbəb etirazçıların Zərifin mətbuat konfransı keçirdiyi binaya girməyə çalışdığına görə meydana gəlib.  

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar