SON XƏBƏRLƏR

İslam Respublikasına qarşı qiyamın ikinci ayı başlayıb-Etirazlar davam edir

2022.10.19, 06:52
İslam Respublikasına qarşı qiyamın ikinci ayı başlayıb-Etirazlar davam edir

Gunaz.tv

Müxtəlif şəhərlərdə öyrənci və şagirdlər, vətəndaşlar etiraz nümayişləri keçirib.

Bir neçə universitetdə tətil və oturaq aksiyası keçirilib.

Tehranın Ekbatan bölgəsində baş tutan nümayişdə etirazçılar "diktatora ölüm" və "uşaq öldürən hökumət istəmirik" şüarları səsləndiriblər.

Yollar hökumət məmurları tərəfindən bağlandığından aksiyaya qoşula bilməyən vətəndaşlar paytaxtın Gişa bölgəsində evlərinin damına və balkonuna çıxıb "Xameneyiyə ölüm" şüarı səsləndiriblər.

Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində əhali "Xameneyiyə ölüm" şüarları səslndirib, qadın və qızlar başörtüklərini açaraq hökumətin tətbiq etdiyi məcburi hicaba etirazlarını bildiriblər.

Saqqız şəhərində isə aksiyaçılar gecə saatlarında təkər yandırıb, maneələr quraraq əsas yolları bağlayıb və hökumət qüvvələrinin hücumlarının qarşısını almağa çalışıblar.

Polis, SEPAH üzvləri və xüsusi təyinatlıların bütün səylərinə baxmayaraq, başqa bir neçə şəhərdə də etiraz nümayişləri keçirilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar