SON XƏBƏRLƏR

Rəsmi Bağdad İranla Amerika arasında birbaşa danışıqlar aparılmasını təklif edib

2021.12.24, 04:26
Rəsmi Bağdad İranla Amerika arasında birbaşa danışıqlar aparılmasını təklif edib

Gunaz.tv

O deyib ki, İranla Amerika arasında gərginliyin yaşanması İraqın vəziyyətinə mənfi təsir göstərir.

“İranla Amerika əlaqələri İraq üçün xarici bir məsələ sayılmır. Bu bizim üçün də daxili bir məsələdir, çünki iki ölkə arasında yaşanan gərginlik birbaşa İraqın da durumuna öz təsirini göstərir.

Hesab edirik ki, İranla Amerika münasibətlərində hər hansı bir açılımın olması istər siyasi-iqtisadi istərsə də təhlükəsizlik baxımından İraqın vəziyyətinə müsbət təsir göstərəcək.

Mən Tehranla Vaşinqton arasında birbaşa danışıqlar aparılması təklifini amerikalılarla da bir araya qoymuşam. Biz bu gün və hətta bundan əvvəlki vaxtlarda da iranlı qardaşlarımızla keçirdiyimiz görüşlərdə bu təklifi irəli sürmüş, həmkarım Hüseyn Əmir Abdullahiyanla Nyu-Yorkdakı görüşdə demişəm yaxşısı budur ki, İranla Amerika arasında birbaşa danışıqlar aparılsın” -deyə İraqın xarici işlər naziri Fuad Hüseyn bildirib.

İraqın xarici işlər naziri Fuad Hüseyn rəsmi Tehranın onun bununla bağlı irəli sürdüyü təklifinə cavabını açıqlamayıb.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar