SON XƏBƏRLƏR

"Hüseyn Əmir Abdullahiyanın Bakı səfəri uğurlu olub"-Rəsmi Tehranın sözçüsü

2021.12.27, 14:07
"Hüseyn Əmir Abdullahiyanın Bakı səfəri uğurlu olub"-Rəsmi Tehranın sözçüsü

Gunaz.tv

O deyib ki, bu səfər İran xarici işlər naziri Hüseyn Əmir Abdullahyanın Bakıya ən yaxşı və ən uğurlu səfərlərindən biri olub.

“Səfər əsnasında xarici işlər nazirimiz Azərbaycan prezidenti İlham Əliyevlə uzun-uzadı görüşərək danışıqlar aparıb və danışıqlarda hər iki ölkənin müxtəlif sahələrdə birgə əməkdaşlıq aparması üçün yaxşı razılaşmalar əldə edilib.

Ümumilikdə isə bu səfər qarşılıqlı əlaqələrimizin inkişafına böyük təkan verib. 

Bizimlə Azərbaycan Respublikası arasında olan bugünkü münasibətlərimiz artıq media məkanında baş verən anlaşılmazlıqları üstələyib və aramızdakı son anlaşılmazlıqlar geridə qalıb.

Görüşdə, biz milli təhlükəsizliyimiz və sionist rejiminin bu regionda (Qafqazda-Red) dağıdıcı rolu barədə danışıqlar aparmış, mövqeyimizi açıqlamışıq.

Dostlarımız (Azərbaycan tərəfi-red) isə bizim sözləri eşitdikdən sonra bizə lazımi arxayınlıqları veriblər”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iddia edib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar