SON XƏBƏRLƏR

Rəsmi Tehrandan Britaniyanın SEPAH-ın hərbi təlimlərini pisləməsinə reaksiya: “Heç kimdən icazə almırıq”

2021.12.25, 10:25
Rəsmi Tehrandan Britaniyanın SEPAH-ın hərbi təlimlərini pisləməsinə reaksiya: “Heç kimdən icazə almırıq”

Gunaz.tv

Xətibzadə iddia edib ki, İran İslam Respublikası beynəlxalq qanunlar və qaydalar çərçivəsinə öz müdafiə ehtiyaclarına uyğun hərəkət edir.

“Hesab edirik ki, Britaniyanın belə mövqe sərgilməsi və bu kimi bəyanatlar səsləndirməsi ölkəmizin daxili işlərinə qarışmaqdır.

İran İslam Respublikası öz müdafiə proqramını irəli aparmaq üçün heç kimdən icazə almır və bu barədə heç kəslə danışıqlar aparmır.

Britaniya hökuməti hamıdan yaxşı bilir ki, İranın raket proqramının BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi və onun müddəaları ilə heç bir əlaqəsi yoxdur.”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iddia edib.

Xatırladaq ki, Böyük Britaniya Xarici şlər Nazirliyi dekabrın 24-də bəyanat yayaraq, SEPAH terror təşkilatının ölkənin cənubunda ötən bazar ertəsi günündən başlanan beş günlük hərbi təlimlərində ballistik raketlər buraxmasını kəskin pisləmişdi.

“İranın hərbi təlimlərdə ballistik raketlər buraxması və onları sınaqdan keçirməsi BMT Təhlükəsizlik Şurasının qətnaməsini açıq-aşkar şəkildə pozur. 

“Bundan başqa, İranın ballistik raketlər buraxması beynəlxalq və regional təhlükəsizliyə qarşı təhdiddir. Biz həmin rakelərin buraxılmasını pisləyir, İrandan bu kimi fəaliyyətlərində dərhal son qoymasını tələb edirik”, -deyə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında bildirilmişdi.

تصویری که خبرگزاری فارس از رزمایش سپاه پاسداران در جنوب ایران منتشر کرده است

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar