Soltan Məmmədov: “Azərbaycanın lazımı qədər “Pfizer” peyvəndi əldə etməsində heç bir problem olmayacaq”

2021-08-03 11:31

“Əminəm ki, “Pfizer” peyvəndinin lazımı qədər əldə olunmasında heç bir problem olmayacaq”.

Gunaz.tv Quote | Gunaz article

Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov bildirib.

S. Məmmədov deyib ki, Azərbaycanda əhaliyə 4 peyvənd təklif edilir: “Peyvəndlə təminat sahəsində də ön sıralardayıq. Bu, nəyin nəticəsidir? CAVİ dünyada peyvənd təminatı sahəsində ən böyük təşkilatdır, bu təşkilatın təklfi etdiyi COVAX çərçivəsində peyvənd almaq imkanı vardı və Azərbaycan bu imkandan istifadə etdi. 

Birbaşa ikitərəfli münasibətlər çərçivəsində “Sinovac” peyvəndi alındı. COVAX çərçivəsində “Pfizer” və “Astra-Zeneka” şirkətinin peyvəndi ölkəyə gətirildi. Ümumdünya Səhiyyə Təşkilatı “Sinovac” peyvəndini təsdiqlədi. Fransa daxil olmaqla, Avropa ittifaqına daxil olan ölkələr “Sinovac” peyvəndindən istifadəyə hazırlaşır. 

Bir çox ölkə də buna hazırdır, sadəcə, Avropa Xəstəliklərlə Mübarizə Mərkəzinin icazəsini gözləyir. Bu, sadəcə, zaman məsələsidir, “Sinovac” peyvəndinin ənənəvi peyvənd kimi keyfiyyəti deməyə əsas verir ki, bu, ən keyfiyyətli peyvəndlərdən biridir. Mən bu gün deməzdim ki, “Pfizer” peyvəndinə daha çox ehtiyac var. Mənim tanıdığım insanların əksəriyyəti “Sinovac” peyvəndinə üstünlük verib, bəziləri “Pfizer” peyvəndi seçib. 

Azərbaycan “Pfizer” peyvəndini COVAX çərçivəsində alıb. Azərbaycan hələ 2020-ci ilin ortalarından, peyvəndlər istehsal olunmazdan əvvəl bütün istehsalçılarla əlaqə yaratmışdı. Azərbaycan bu peyvəndlərlə bağıl elmi tədqiqatlarda iştiraka hazır olduğunu da bildirdi. Bu yaxınlarda iki peyvəndin birgə vurulması məsələsi ortaya çıxdı. Azərbaycan həmin tədqiqatlarda iştirak edəndə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsinə uyğun olaraq, İşçi qrupunda bunun müsbət və mənfi tərəflərinə baxır. Üstünlüyümüz odur ki, Azərbaycanın müzakirələrdə aktiv iştirakı nəticəsində həm “Pfizer”, həm də digər istehsalçılardan peyvənd almaq imkanımız var. 

Dövlət qurumları ilə apardığım müzakirələrin nəticəsinə istinadən əminliyim var ki, “Pfizer” peyvəndinin lazımı qədər əldə olunmasında heç bir problem olmayacaq. Peyvənd alınması risklidir, bunu heç kim proqnozlaşdıra bilməz, çünki əsas problem peyvəndin kifayət qədər istehsalı ilə bağlıdır. 

Ancaq Azərbaycanın CAVİ qarşısındakı güclü mövqeyi və ikitərəfli münasibətləri, iqtisadi imkanlarını nəzərə alsaq, əminəm ki, “Pfizer” peyvəndinin lazımı qədər əldə olunmasında heç bir problem olmayacaq. Lakin bu gün dünyada “Sinovac” peyvəndinin kifayət qədər alınması deyərdim ki, “Pfizer” peyvəndinin alınmasından da çətindir. 

Azərbaycan Türkiyə və bir sıra ölkələrlə əməkdaşlıq, o cümlədən Çinlə ikitərəfli əlaqələr sayəsində buna nail olub. Bu gün bir çox ölkə “Sinovac” peyvəndi almaq istəsə də, bu, yaxın aylar ərzində mümkün sayılmır, onlar müzakirələrə belə başlaya bilməyiblər”. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə ordusu PKK terrorçularını məhv edib

2021-09-19

gun az article

MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"

2021-09-19

gun az article

ABŞ-da Azərbaycanın BMT nümayəndəliyinin fəaliyyət göstərəcəyi “Türk evi” açılacaq

2021-09-19

gun az article

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

2021-09-18

gun az article

Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

2021-09-18

gun az article

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

2021-09-18

gun az article

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb

2021-09-18

gun az article

Amerika rəsmisi: “Blinkenin iranlı həmkarı ilə görüşmək üçün planı yoxdur”

2021-09-18

gun az article

Ordumuzun minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir- VİDEO

2021-09-18

gun az article

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

2021-09-18

gun az article

Şuşada Beynəlxalq Musiqi Festivalının açılışı oldu

2021-09-18

gun az article

“Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov

2021-09-18

gun az article

İmran Xan: “İran-Səudiyyə qarşıdurması Pakistan üçün faciə sayılacaq”

2021-09-18

gun az article

“Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov

2021-09-18

gun az article

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

2021-09-18

gun az article

Livanın baş naziri: “Hizbullah”ın İrandan yanacaq idxal etməsi Livanın milli hakimiyyətini pozur”

2021-09-18

gun az article

İƏT Ombudsmanlar Assosiasiyası Qarabağla bağlı hesabat hazırlayacaq

2021-09-18

gun az article

"Aİ hərbi cəhətdən ABŞ-dan asılı olmamalıdır" - Almaniyalı nazir

2021-09-18

gun az article

Rusiyada virusdan daha 799 nəfər ölüb

2021-09-18

gun az article

Baş nazir: "Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir"

2021-09-18