Son 20 gündə ən azı 44 milli-mədəni fəal məhkəməyə çağrılıb, həbs edilib

2020-12-01 16:18

Onlardan bəzilərinin durumundan xəbərsizlik ciddi narahatlıq doğurur.

Gunaz.tv Quote | Gunaz article

Qarabağda sülh sazişinin imzalanmasından 20 gün keçdi. 10 noyabr 2020-ci tarixində Azərbaycan Respublikası və Ermənistan sülh haqqında müqavilə imzaladılar və İkinci Dağlıq Qarabağ müharibəsinnin sona çatdığını elan etdilər.

Buna baxmayaraq, İranda türk mədəni fəallarına qarşı təhlükəsizlik və məhkəmə təzyiqləri davam edir. Son dörd ayda İslam Respublikasına və Rusiyanın Ermənistana dəstək siyasətinə etiraz aksiyaları artan templə davam etmişdi.

Son bilgilərə görə 20 gündə ən azı 44 azərbaycanlı mədəni fəal həbs edilib və ya məhkəməyə çağrılıb.

Təbrizli fəallar Həkimə Əhmədi və Yasmən Zəfəri göndərilən bildirişdə yanvarın 9-u 2020-ci ildə Təbriz Cəza Məhkəməsinin 112 saylı şöbəsinəgetmələri istənilib.

Bu iki mədəni fəal, məhkəmənin sonuna qədər 200 milyon Tümən girov müqabilində müvəqqəti azadlığa buraxılıblar.Onlar Qarabağın azadlığına dəstək aksiyalarında tutuqlanlardandırlar.

Bundan əvvəl Təbriz İstintaq İdarəsinin 16 saylı şöbəsi bu işdə Həkimə Əhmədi üçün məhkəmə nəzarəti əmri (ölkədən çıxma qadağası) vermişdi.

 İslam Respublikasına müxalif olan Azərbaycan mətbuatı da təhlükəsizlik qüvvələrinin Tehranda yaşayan mədəni "Zahra Aslani"ni hədələdiyini və təqib etdiyini bildirdi.

Yayımlanan xəbərə görə, təhlükəsizlik qüvvələri Zahra Aslanini çağıraraq ondan Tehran Kəşfiyyat İdarəsinə getməsini istəyiblər. Ancaq Aslani telefon çağırışının qanunsuz olduğunu və yazılı çağırış göndərilmədiyi, məhkəmə sistemində qeydiyyata alınmadığı üçün Tehran Kəşfiyyat İdarəsinə getməkdən imtina etdiyini bildirib.

Mədəni fəalı tutuqlaya bilmədikdən sonra təhlükəsizlik işçilərinin Muğanın "Parsabad" şəhərində Zahra Aslaninin atasının evinə getdərək ad bənzərliyi bəhanəsi ilə bacısı qızını həbs etdikləri bildirilir.

Ərdəbildən bildirilir ki, ayrı-ayrı bildirişlərlə Ərdəbil Cinayət Məhkəməsinin 110 saylı şöbəsinə çağrılan iki mədəni fəal "Əli Xeyrcu" və "Meysəm Colani" koronovirus təhlükəsi ilə bağlı müvəqqəti azadlığa buraxılıblar. Onlara qarşı "qarışıqlıq yaratmaqla ictimai asayişi pozmaqda iştirak etmək" ittihamı irəli sürülübdür.

Bu il oktyabrın 1-də Əli xeyrcu və meysəm Colani Ərdəbil şəhərində etiraz aksiyalarını davam etdiyi bir vaxtda təhlükəsizlik qüvvələrinin evlərinə basqını nəticəsində həbs olunmuşdurlar. 

Əli Xeyrcu həbs olunduqdan sonra sosial mediada yayılan şəkillər və video görüntülərdən görünürdü ki təhlükəsizlik və hüquq-mühafizə orqanları evə basqın zamanı qanunsuz olaraq və heç bir məhkəmə qərarı olmadan mənzilin duvarından aşaraq evə girirlər.  

Məmurlar evə girdikdən sonra milli fəallı və ailə üzvlərini təhqir edərək döyüblər.

Bu iki mədəni fəal ən azı 20 gün saxlanıldıqdan sonra, “Ciral” parkında həbs olunan 12 nəfər başqa fəalla birlikdə 300 minlyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxılıblar.

Xeyrcunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə isə hakim “Nonəhal”ın tərbiyəsiz davranışlarına, söyüş və təhqirlərinə və həbs iolunan milli fəalların saxlanılmasının qanunsuzluğuna etiraz etdiyi üçün, adı çəkilən hakimin bir başa göstərişi ilə 24 saatlığına həbs olunmuşdur.

“Babak Nonhal” Ərdəbilin Beheshti Məhkəməsinin 10 saylı şöbəsinin rəhbəridir.

18  Noyabr ərşənbə günü Ərdəbildəki 12 milli fəal, elektron sistemi vasitəsi ilə bildiriş aldıqdan sonra Ərdəbil Dövlət və İnqilab Prokurorluğunun 10 saylı şöbəsində çağrıldılar. Babək Nonəhal, bu insanların məhkəmə binasında olmalarına qeyri-adi və ədəbsizcəsinə yanaşaraq, fəalların çağırılmasından xəbərsiz olduğunu bildirmişdi. Ancaq müstəntiq katibi girov məbləqinin 500 milyondan 450 milyon tümənə endirildiyini bildirmişdi. 

Bu qanunsuzluğun qarşısında prokurorluqda olan fəallar müvafiq sənədləri imzalamaqdan imtina etdərək şöbəni tərk etmişdlər.


Ərdəbildə daha üç mədəni fəalın məhkəməsinin ilk iclası noyabrın 22-i keçirilib. "Əhməd Məhəmmədpur", "Əli Məali" və "Ramin Danəndə", Qarabağın azadlığına dəstək mitinqində tutularaq "milli təhlükəsizlik qarşı fəaliyyət və sövdələşmə" ittiham edilmişdilər.

 

Hal-hazırda Əhməd Məhəmmədpur 450 milyon, Əli Məali və Ramin Danəndə isə 350 milyon tümən girov müqabilində məhkəmənin sonuna qədər müvəqqəti azadlığa buraxılıblar.

 

Keçən həftə ərzində 10 milli-mədəni fəal oxşar ittihamlarla Urmunun”Urmiya” İctimai və İnqilab Prokurorluğuna çağrılıb.
Cavad Rzayi, Fərhad Məhəmmədi, Əmir İzzəti Heydərli, İrfan Mehdixani Saatlı, Ramin Dehqan, Hüsniyə İntixabii Həsənluyi, Səhənd Behnemun, Salar Tahir Əfşar, Ramin Xudabəxş, Yunis Şirzad Cavan 22 noyabr 2020-ci ildə, Urmuda(Urmiyə) yaşayan gənc milli-məədəni fəallara məhkəmənin elektron sistemi vasitəsi ilə göndərilən çağırışda Urmu Dövlət və İnqilab Prokurorluğunun 8 saylı şöbəsinə müraciə etmələri istənilmişdir.

 

Göndərilən bildirişdə Bu mülki fəallara qarşı irəli sürülən ittihamlar "ictimai asayişi pozmaq" və "qanunsuz aksiyaya qoşulma" olaraq göstərilib.

Ayrıca, 15 Noyabrda Məhkəmə Sisteminin elektron sistemi vasitəsi ilə aldığı bir bildirişdə Rəştdə yaşayan beş vətəndaş fəal, Rəştdəki Dövlət və İnqilab Prokurorluğunun 10 saylı şöbəsinə çağrılıb.

Milli- mədəni fəal Vədud Əsədi, Məhəmməd Eyni Çunexan, İbrahim Gənci Əfsuran, Vəhid Bəyzadə və Məhəmməd Şiri oktyabrın 20-də Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda keçirdiyi döyüş əməliyyatlarına dəstək və İrandan Ermənistana hərbi texnika daşınmasının qarşısının alınması üçün Nurduz gömrüyünün bağlanması tələbi ilə keçirdikləri etiraz aksiyası zamanı tutulmuş və mülki vəsiqə qarşılığında ibtidai istintaq dövrünün bitməsinə qədər müvəqqəti olaraq azadlığa buraxılmışdılar. 

Bildirilir ki, onlara "milli təhlükəsizliyə qarşı zərbə" ittihamı irəli sürülüb.


İkinci Qarabağ müharibəsinin başlamasından sonra güney azərbaycanlılar bu hərbi qarşıdurmaya cavab , İran Respublikası və Rusiyanın siyasətlərinə etiraz olaraq ən azı üç dəfə (16 iyul, 1 oktyabr və 1 oktyabr)da 10-dan çox şəhərdə (Tehran, Təbriz, Urmiya, Zəncan, Ərdəbil və ölkənin bəzi digər türk şəhərləri) İrandakı mədəni fəallar və Azərbaycan təşkilatlarının çağırışlarından sonra aksiyalar keçirilmişdir.

 

İranın təhlükəsizlik qüvvələri Qarabağda son döyüşlərin başlamasının ilk günündən etibarən Güney Azərbaycan şəhərləri və Tehranda Azərbaycan Ordusuna mənəvi dəstək üçün təşkil edilən hər bir aksiyanı vəhşicəsinə yatırıb, yüzlərlə güney azərbaycanlını həbs edərək ağır işgəncələr verib. 

 

Dinc mitinqlərə cavab olaraq, İslam Respublikasının təhlükəsizlik və hüquq-mühafizə qüvvələri son dörd ay ərzində yüzlərlə azərbaycanlı siyasi, mədəni və tələbə fəallarını həbs edib. Məhbusların əksəriyyəti məhkəmənin sonuna qədər girov müqabilində sərbəst buraxılıb. 

 

Bununla birlikdə, bu il oktyabrın 4-dən bəri iş yerlərində nəzarətə alınan Şərqi Azərbaycan əyalətinin Julfa şəhərindən olan iki milli-mədəni fəal "Səid Sultani" və "Babək Kiymərsi" nin vəziyyəti haqqında bir məlumat yoxdur. Bu fəalların vəziyyətlərindənxəbərsizlik onların ailə üzvləri və mədəni fəalların ciddi narahatlığına səbəb olub.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın dörd tarixi karvansarayı ümumdünya mədəni irs siyahısına salınmağa namzəddir

2021-01-23

gun az article

İran-Türkiyə sərhəddində itkin düşən 5 nəfərin axtarışı davam edir

2021-01-23

gun az article

Sarab yenidən -30C dərəcə şaxta ilə ölkənin ən soyuq şəhəri olub

2021-01-23

gun az article

Güney Azərbaycanın "Qocalar ölmz" türk filmi Barselona Film Festivalında ən yaxşı ssenari ödülünü qazanıb

2021-01-23

gun az article

Sulduzda mübahisəli şəxsiyyəti ilə tanınan “Molla Həsəni”nin heykəli qoyulacaq

2021-01-23

gun az article

Adının türkcə olduğuna görə azərbaycanlı körpə “Ayıl”a sənəd verilmir

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Körpü: Qara Yanvar:Quzey və Güney Azərbaycan Milli Hərəkatında Təsirləri

2021-01-23

gun az article

GünazTV Jan.22.2021-Azadlıq səsi: Amerikada demokrasi qələbəsi - Milli fəaların həbsxana dirənişi və İranda ekonomi

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Paylaşım programı, 25-ci Bölüm.

2021-01-22

gun az article

Urmu Zooparkının acınacaqlı durumu+video

2021-01-22

gun az article

Rəşt Universitetinin rəhbərliyi “Yağış” öyrənci dərgisinin nəşrinə əngəl törədir

2021-01-22

gun az article

Ərdəbil donub-tepmeratur mənfi 20 dərəcəyə düşüb

2021-01-22

gun az article

Rəştdə Qarabağ məhkumları bəraət alıblar

2021-01-22

gun az article

İranda sünni din xadimi edam edilib

2021-01-22

gun az article

Milli fəal Nasir Xulusi apellyasiya məhkəməsindən bəraət alıb

2021-01-22

gun az article

GünazTV Jan.20.2021-Sözümüz: Əli Təbrizli

2021-01-22

gun az article

GünazTVJan.21.2021- Düşünməyə Çağırı: Qarabağ və Türk Dünyası

2021-01-22

gun az article

Qərbi Azərbaycanda 482 kəndin yolu bağlanıb

2021-01-21

gun az article

İran hökuməti “Şah İsmayıl Səfəvi Fondu” yaradır

2021-01-21

gun az article

Mədəni fəal, qadın haqları müdafiəçisi Təhminə Müfidi həbs olunub

2021-01-21