SON XƏBƏRLƏR

Son 24 saatda Güney Azərbaycanda 500-dən çox yeni koronavirusa yoluxma faktı qeydi alınıb

2021.10.20, 07:36
Son 24 saatda Güney Azərbaycanda 500-dən çox yeni koronavirusa yoluxma faktı qeydi alınıb

Gunaz.tv

GünAz TV: İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində koronavirus infeksiyasına yoluxanların sayı 6390 nəfərə çatıb. Bu isə ötən gün açıqlanan rəqəmlərlə müqayisədə 507 nəfər artım göstərir. 

 

 

Güney Azərbaycanda infeksiyadan ölənlərin sayı isə 712 nəfər olub.

 

Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Bu əyalətdə keçən 24 saat ərzində daha 306 nəfərdə  koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirusa yoluxanların sayının 2282 nəfərə çatdığını bildirib.

 

 

 

O, koronavirus infeksiyasından ölənlərin sayının isə 222 nəfər olduğunu deyib.  Sominin dediyinə görə, əyalətdə ən yüksək yoluxma faktı Təbriz, Sarab, Şəbistər, Mərənd, Miyana, Marağa və Əhər şəhərlərində qeydə alınıb.

 

 

 

Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutan Qəzvində 1125 nəfərin koronavirusa yoluxduğu, 173 nəfərin həyatını itirdiyi təsdiqlənib. 

 

 

 

Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 1082 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən, son 24 saatda daha 50 nəfərdə infeksiya aşkarlanıb. O, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayının 84 nəfərə çatdığını, sağalanların sayının isə 522 nəfər olduğunu deyib. 

 

 

Ərdəbil əyalətində də bu günə kimi 648 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rəisi Qudrət Əxəvan Əkbərinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha üç nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 110 nəfərə çatıb.

 

 

 

Zəncan əyalətinin Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 708, xəstəlikdən ölənlərin sayı isə 71 nəfərə çatıb. O, pandemiyanın yayıldığı gündən etibarən 2005 nəfərin xəstəxanalara yerləşdirildiyini, 525 nəfərin tam sağaldığını deyib.

 

 

Həmədan əyalətində isə 545 nəfərin koronavirusa yoluxduğu, 52 nəfərin bu xəstəlikdən öldüyü təsdiqlənib. Qeyd edək ki, daha öncə Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Muqəddəm əyalətdə koronavirusa yoluxanların sayının 1566 nəfər olduğunu demişdi, lakin xəbər qısa müddət sonra saytlardan qaldırıldı. Qeyri-rəsmi mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, onlarla insanın öldüyünü yazırlar. 

 

 

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi. 

 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar