Son 3 ayda Güney Azərbaycanda milli fəallara göstərilən təzyiqlərlə bağlı HESABAT

2021-03-22 13:01

​​​​​​​Bu müddət ərzində ən azı 30 fəala qarşı müxtəlif təzyiqlər göstərilib

Gunaz.tv Quote | Gunaz article

Ötən üç ay müddətində Ərdəbildə ən azı 30 milli-mədəni fəal, yazıçı, nəşriyyatçı, sənətçini telefon vasitəsi ilə təhlükəsizlik və başqa əlaqədar orqanlara çağrılaraq dindirilib, hədələnib və fiziki-psixi təzyiqlərə məruz qalıb.

Ötən günəş ilində Güney Azərbaycan milli-mədəni fəallara daha çox təzyiqlər edilib. 

Məsələn, Təbrizin Saib küçəsində keçirilən etiraz aksiyasında 40-a yaxın qadın və uşaq vəhşicəsinə döyülüb, təcridxanaya aparılıb. Sonra onlara işgəncə verilib. 
Ərdəbilin Ciral parkında milli-mədəni fəallara qarşı zorakılıq və qeyri-insani davranış sərgilənib. Milli fəal Yaşar Piri saxlanılarkən döyülüb və istintaq təcridxanasında işgəncələrə məruz qalıb. 

Ərdəbilli fəalların verdiyi məlumatlara görə, ötən il ərzində “Ettelaat” və ona bağlı başqa təhlükəsizlik qurumları milli-mədəni fəallarına təzyiq göstərmək üçün onları telefonla idarəyə çağırıb, hədələyib, şəxsi həyatlarına müdaxilə edib, əxlaq qaydalarına sığmayan formada fiziki-psixi təzyiqlərə məruz qoyublar.
 
Təhlükəsizlik məmurları qanun çərçivəsində və dinc fəaliyyət göstərən fəalları basqı altında saxlamaq üçün onların özlərinə, ailələrinə, yaxın ətraflarına zənglər edib, iş yerlərinə basqın edərək fəaliyyətlərinə əngəllər törədiblər.

“Ettelaat”-ın Ərdəbildə milli-mədəni fəallara qarşı həyata keçirdiyi bütün əməllər qanunsuz şəkildə və heç bir məhkəmə arayışı olmadan baş verib. Yalnız mədəni fəal Əli Xeyrcu yazılı çağırış vərəqəsi alaraq dindirməyə cəlb olunub. Məhkəmədə deyil, təhlükəsizlik idarəsinin informasiya qərargahında dindirilib.

Aşağıda qeyd olunan şəxsləri “Ettelaat”-ın telefon vasitəsi ilə çağırıb, təzyiq göstərib və hədələyiblər:

- Əli Xeyrcu – telefonla  və məhkəmə bildirişi ilə əyalətin informasiya qərargahına çağırılıb.
- Şapur Nüsrətpur – telefonla çağırılıb və 4 saatdan artıq dindirilib.

- Rəhim Qulami - əyalətin informasiya qərargahına çağrılıb və 5 saatdan çox dindirilib.
- Müctəba Pərvin – telefonla əlaqə saxlanııb və həbs olunacağı ilə təhdid 
- Mehdi Huşmənd – təhlükəsizlik məmurları vasitəsilə Qaz İdarəsinə çağrılıb və dörd saatdan çox dindirilib, təhdid olunub.

- Həbib Nigəhban – telefonla əyalətin informasiya qərargahına çağırılıb və dörd saat dindirilib.
- Həmid Ədib Şəfiq - telefonla əyalətin informasiya qərargahına çağırılıb və beş saatdan çox dindirilib.
- İsa Nəzəri - telefonla əyalətin informasiya qərargahına çağırılıb və ən azı beş saat dindirilib.

- Nəsrullah Vəlizadə - telefonla əyalətin informasiya qərargahına çağırılıb və dörd saat dindirilib.
- Sədullah dünyəvi - telefonla əyalətin informasiya qərargahına çağırılıb və 5 saat dindirilib.
- Fərşid Piçkanlı – telefonla əlaqə saxlayıb və həbs olunacağı ilə hədələyiblər.

- Hüseyn Həsənnəjad – telefonla əlaqə saxlayaraq və fəaliyyətlərini davam etdirəcəyi təqdirdə həbs olunacağı ilə hədələyiblər.
- İbrahim Təhmasibnejad – fəalın iş yerinə basqın edilib və və ona bir neçə saat problem yaradıblar.
- Vəhid Bəndə Əmir - telefonla əlaqə saxlayıb və həbs olunacağı ilə hədələyiblər.

- Mehdi Hamid Sultani - telefonla əyalətin informasiya qərargahına çağrılıb və beş saatdan çox dindirilib.
- Möhsün İsmayili Əqdəm - telefonla əyalətin informasiya qərargahına çağrılıb və beş saatdan çox dindirilib.
- Möhsün Möhsünzadə - telefonla əlaqə saxlayıb və hədələyiblər.

 

C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24